LANDAU School vakansiya: Hesabatlılıq üzrə mütəxəssis.
LANDAU Education Group, Hesabatlılıq üzrə mütəxəssis vakansiyası ilə müraciətçi axtarır. İş təcrübəsi, Microsoft Excel üzrə yüksək bacarıq və hesabatların hazırlanması sahəsində güclü təcrübə tələb olunur. Hesabatlılıq, dataların idarə olunması və avtomatlaşdırma sahələrində peşəkar inkişaf imkanları təklif edilir.
İşi ilə bağlı əsas vəzifələr:
- Microsoft Excel proqram təminatı ilə proseslərin sadələşdirilməsi və avtomatlaşdırılması üçün müxtəlif modellərin qurulması;
- Şirkət daxilində əməkdaşların sorğularına əsasən hesabatların hazırlanması;
- Dataların keyfiyyətinin yoxlanılması, emalı və düzgün təqdimatı;
- Şöbənin bütün formaları üzrə işlərin aparılması;
- Cubics platformasından məlumatların export edilməsi.
Tələblər:
- Ali təhsil (Biznesin İdarə edilməsi, İqtisadiyyat, Tətbiqi Riyaziyyat və ya oxşar sahədə ali təhsil arzuolunandır);
- Excel üzərindən müxtəlif modellərin qurulması və hesabatların hazırlanması üzrə minimum 3 illik iş təcrübəsi;
- Microsoft Excel proqram təminatından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- Güclü analitik düşünmə və problem həll etmə bacarığı, detallara diqqət və nəticə yönümlülük;
- Microsoft Excel üzrə sertifikatın olması arzuolunandır.
Şirkət nə təklif edir:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00-18:00 (həftədə 5 gün);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Peşəkar inkişaf imkanı.
What's Your Reaction?