LANDAU School vakansiya: Mühasib axtarılır.
LANDAU Education Group tərəfindən yayımlanan mühasib vakansiyasına müraciət edin! Ketrinq, maliyyə və mühasibatlıq sahəsində təcrübəsi olan namizədlər üçün peşəkar inkişaf imkanları və tibbi sığorta təklif olunur. Mühasib vakansiyası ilə bağlı daha ətraflı məlumat və müraciət üçün elanımıza baxın.
İşin Təsviri:
- Ketrinq üzrə gəlirlərin və xərclərin uçotunun düzgün aparılması;
- Ketrinq üzrə mədaxil olunan qaimələrin proqram təminatına qeydiyyatının aparılması;
- Ketrinq fəaliyyəti ilə bağlı məhsulların maya dəyərinin hesablanması;
- Ketrinq fəaliyyəti ilə bağlı xərclərə nəzarət edilməsi;
- Ketrinq fəaliyyəti ilə bağlı mal qalığının inventarizasiyasında iştirak edilməsi.
Tələblər:
- Maliyyə-mühasibatlıq üzrə bakalavr təhsili;
- Maliyyə-mühasibatlıq sahəsində 2 ildən az olmayan iş təcrübəsi;
- Excel biliklərinin əla səviyyədə olması;
- Analitik düşünmə bacarığı;
- Komandada işləmə bacarığı və sürətli düşünmə bacarığı;
- PMS, F3, F7 kimi sertifikatların olması üstünlükdür.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 08:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis mövcuddur);
- Könüllü tibbi sığorta;
- Peşəkar inkişaf imkanları;
- Uşaqlara məktəb endirimləri.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi:
Yanvar 11, 2025
Vakansiya növü:
Tam ştat
Kateqoriya:
Təhsil
What's Your Reaction?