LANDAU School vakansiya: Mühasib (Barama Körpələr Evi).

Barama Körpələr Evi, maliyyə mühasibatlığı sahəsində mühasib axtarışındadır. İş təcrübəsi olan, 1C proqram təminatında təcrübəsi olan namizədlər üçün mükəmməl bir imkan təqdim edir.

Oct 5, 2024 - 11:22
Oct 5, 2024 - 11:24
 0
LANDAU School vakansiya: Mühasib (Barama Körpələr Evi).
LANDAU School vakansiya: Mühasib (Barama Körpələr Evi).

Barama Körpələr Evi üçün mühasib axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:

  • Gələn e-qaimələrin yoxlanılması və 1C proqram təminatına işlənilməsi.
  • Əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotunun 1C proqram təminatında aparılması.
  • Mal-materialların hərəkətinə 1C proqram təminatında nəzarət edilməsi.
  • Anbarın inventarizasiya prosesinin təşkili və həyata keçirilməsi.
  • Bütün bank əməliyyatlarının icrası və 1C proqram təminatında qeydiyyatı.
  • Təhsil haqqlarının uçotunun Excel və 1C proqram təminatında aparılması.
  • Əmək haqqlarının hesablanması, ödənilməsi və 1C proqram təminatına işlənməsi.
  • Elektron portallarla işləmək bacarığı (e-taxes.gov.az, e-gov.az, emas.sosial.gov.az və s.).
  • ƏDV, ÖMV, Vahid bəyannamə və mənfəət vergi bəyannamələrinin təqdim edilməsi.
  • Dövlət Statistika Komitəsinə dövrü olaraq hesabatların təqdim olunması.
  • Vergi qanunvericiliyinə uyğun uçotun təşkili.
  • İllik büdcənin hazırlanması və büdcənin istifadə olunmasına nəzarət edilməsi.
  • Maliyyə hesabatlarının (Balans, Pul axını və Mənfəət Zərər hesabatı) hazırlanması.

Tələblər

  • Maliyyə-mühasibatlıq üzrə bakalavr təhsili.
  • Maliyyə-mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi.
  • Yüksək səviyyədə Excel biliklərinin olması.
  • Elektron portallarla işləmək bacarığı (e-taxes.gov.az, e-gov.az, emas.sosial.gov.az və s.).
  • PMS, F3, F7 sertifikatlarının olması üstünlükdür.
  • Analitik düşünmə bacarığı.
  • Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı.

Biz nə təklif edirik

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə.
  • İş qrafiki: 09:00-18:00 (həftədə 5 dəfə).
  • Peşəkar inkişaf imkanları.

Mühasib (Barama Körpələr Evi) vakansiyası ilə maraqlananlar CV-lərini Landau School-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow