LANDAU School vakansiya: Texniki-təsərrüfat üzrə menecer axtarılır.
Texniki-təsərrüfat üzrə menecer vakansiyası üçün LANDAU School-da iş imkanı!
Vəzifə öhdəlikləri:
- Məktəbin binasının texniki-təsərrüfat təminatına nəzarət etmək (istilik sistemi, havalandırma, elektrik sistemləri, su təchizatı və s.);
- Texniki-təsərrüfat sistemlərinin fasiləsiz çalışmasını təmin etmək üçün mütəmadi yoxlanışlar aparmaq;
- Texniki-təsərrüfat təminatı ilə bağlı bütün tələbatlara vaxtında cavab vermək;
- Yaranan tələbatlar üzrə anbara göndərilən sorğulara nəzarət etmək;
- Yaranan nasazlıqları vaxtında aradan qaldırmaq;
- Bina üzrə bütün əməliyyat proseslərinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan və rus dillərini səlis bilmə, ingilis dili biliyi arzuolunandır;
- Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Şəxsi nəqliyyat vasitəsinin olması zəruridir.
Bizim təklifimiz:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 09:00-18:00 (həftədə 5 dəfə);
- Könüllü tibbi sığorta;
- Peşəkar inkişaf imkanları;
- Uşaqlara məktəb endirimləri.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaq.
Vakansiyanın son müraciət tarixi: 30 oktyabr 2024
Vakansiyanın növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Texniki-təsərrüfat üzrə menecer vakansiyası ilə maraqlananlar CV-lərini Landau School-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?