AQA Şirkətlər Qrupu vakansiya: Satış meneceri.
Tam ştatlı bu iş mövqeyi müştəri portfelini genişləndirmək, satış strategiyalarını inkişaf etdirmək və müştəri tələblərinə uyğun təkliflər hazırlamaq imkanı təqdim edir. Satış sahəsində təcrübə və kosmetika/parfümeriya sektoru üzrə biliklər arzuolunur. Daha ətraflı məlumat üçün müraciət edin.
Vəzifə Öhdəlikləri:
- Plana uyğun olaraq gündəlik müştəri ziyarətlərinin həyata keçirilməsi;
- Müştəri portfelinin təşkili və yeni müştərilərin cəlb edilməsi;
- Şirkət məhsullarının müştərilərə təqdimatı və məhsullar haqqında ətraflı məlumatın verilməsi;
- Müştəri portfelinin genişləndirilməsi və B2B görüşlərin keçirilməsi;
- Aylıq hədəflərə uyğun satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Müştərilərin tələblərinin ödənilməsi və ehtiyaclara uyğun təkliflərin hazırlanması.
Tələblər:
- 21-35 yaş aralığı;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
- Mehriban və gülərüz olmaq;
- Rus dili biliyi arzuolunandır;
- Satış sahəsində iş təcrübəsi arzuolunandır;
- Kosmetika və parfümeriya sahəsində təcrübəyə malik olmaq.
Satış meneceri vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 oktyabr 2024 il.
What's Your Reaction?