LANDAU School vakansiya: Xaricdə təhsil departamenti üzrə koordinator assistenti.

Leznik&Co. şirkətinin xaricdə təhsil departamenti üzrə koordinator assistenti vakansiyası açılıb. Ali təhsilli, üç dildə sərbəst danışa bilən namizədlər axtarılır. Stabil əmək haqqı, mütəmadi təlimlər və 6 günlük iş rejimi ilə maraqlananlar müraciət etsin!

Oct 25, 2024 - 12:31
Oct 25, 2024 - 12:32
 0
LANDAU School vakansiya: Xaricdə təhsil departamenti üzrə koordinator assistenti.
LANDAU School vakansiya: Xaricdə təhsil departamenti üzrə koordinator assistenti.

Şirkət: LANDAU Education Group
Vəzifə: Tam ştat
Müraciət Tarixi: Dekabr 3, 2024
Elan Tarixi: Oktyabr 24, 2024

İşin Təsviri:

  • Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət);
  • Tələbələrin universitetlərə və yataqxanalara müraciətini və sənədləşmə proseslərini həyata keçirmək;
  • Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri koordinatora yönləndirmək;
  • Sənədləşmə işlərini aparmaq (skan, redaktə, format və s.);
  • Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumatlar vermək;
  • Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;
  • Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq və qrammatik düzgün yazı bacarığı;
  • Aktiv, məsuliyyətli, stressə davamlı, dəqiq və ünsiyyətcil olmaq;
  • Sorğulara operativ cavab vermək qabiliyyəti;
  • MS Office proqramlarında kompüter bilikləri;
  • Təşkilatçılıq qabiliyyəti;
  • Zamanın idarə olunması.

Təklif etdiyimiz Şərtlər:

  • Leznik&Co. ofisində individual iş yeri;
  • Stabil və gecikməyən əmək haqqı;
  • Mütəmadi təlimlər;
  • İş qrafiki: 6 günlük iş rejimi (I-V günlər 10:00 - 18:00 aralığında, şənbə günləri 9:00 - 14:00);
  • Əmək haqqı: 500 AZN.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow