Paşa Bank vakansiya: Əmək haqqı hesablanması və İR əməliyyatları üzrə Kiçik mütəxəssis.
Paşa Bank əmək haqqı hesablanması və İR əməliyyatları üzrə Kiçik Mütəxəssis vakansiyası üçün müraciət qəbul edir. İnsan Resursları, əmək haqqı hesablanması və kadr kargüzarlığı sahələrində təcrübəsi olan namizədlər dəvət olunur. İngilis dili və SAP bilikləri tələb olunur.
Vəzifə və məsuliyyətlər:
İşgüzar vəzifələriniz aşağıdakılardan ibarət olacaq:
- Yeni işçilərin qeydiyyatı: Bankdaxili sistem vasitəsilə işə qəbul və vəzifə dəyişikliyi sorğularının analiz edilməsi və müvafiq sənədlərin yoxlanması.
- Əmək müqaviləsinin tərtibi: İşçilərin işə qəbul və ya işdən çıxma proseslərinin SF və ƏMAS sistemləri üzrə icrası.
- İşə qəbul prosessləri: Bankda yeni işçilərin struktura uyğun olaraq vəzifələrini yaratmaq və rəhbərlərə təqdim etmək.
- İşə qəbul və vəzifə dəyişiklikləri prosesinin icrası: ƏMAS və SF sistemlərində, struktur bağlılıqları təmin edərək vəzifələrin düzgün qeydiyyatı.
- Əmək haqqı ilə bağlı əməliyyatlar: Yaradılmış sorğular əsasında əmək haqqıdan tutulmaların dəqiqləşdirilməsi və əmək haqqı üzrə mütəxəssisə məlumat verilməsi.
- Xitam prosesi: İşçilərin əmək müqaviləsinə xitam verilməsi və həmin prosesin SF və ƏMAS sistemlərində icrası.
- Sosial məzuniyyətlər: Sosial məzuniyyətə ayrılan və geri qayıdan əməkdaşlar üçün müvafiq bankdaxili sistemdə sorğuların yaradılması.
- SAP və SF inteqrasiyası: İşçi məlumatlarının və əməliyyatlarının SAP və SF proqramları arasında inteqrasiyasını təmin edərək, uyğunsuzluqları aradan qaldırmaq.
- Təcrübəçi və xidməti müqavilələr üzrə işçilərin şəxsi işlərinin saxlanması və onların SAP sistemində qeydiyyat aparılması.
- İR əməliyyatlarının optimallaşdırılması: Əmək haqqı hesablanması və digər İR əməliyyatları proseslərinin təhlili, prosedurların optimallaşdırılması və avtomatlaşdırılması.
Tələblər:
- Təhsil: İR, kadr kargüzarlığı və ya əlaqəli sahə üzrə Bakalavr dərəcəsi.
- İş təcrübəsi: 1-2 il müddətində İR əməliyyatları və ya kadr kargüzarlığı üzrə təcrübə.
- Dil bilikləri: İngilis dili (səlis).
- Kompüter bilikləri: MS Office proqramları, SAP proqramını bilmək üstünlükdür.
- Şəxsi bacarıqlar: Güclü ünsiyyət bacarığı, enerjili, çevik və yüksək təşkilatçılıq qabiliyyəti.
Əlavə məlumat:
Paşa Bank, İnsan Resursları sahəsində təcrübəli mütəxəssislər axtarır. İR əməliyyatları, əmək haqqı hesablanması, kadr idarəetməsi və SAP kimi sahələrdə mütəxəssis olmaq istəyən namizədlər bu fürsəti dəyərləndirə bilərlər.
What's Your Reaction?