Mercimek Restoran vakansiya: Administrator axtarılır.
Mercimek Restoran Bakı şəhərində administrator axtarır. 1200-1400 AZN əmək haqqı, 5 illik restoran idarəçiliyi təcrübəsi olan namizədlər üçün mükəmməl fürsət. Müraciət üçün əlaqə məlumatları burada!
İş barədə məlumat:
- Restoranın işinin effektiv təşkili və idarə olunmasını təmin etmək.
- Restoranın performansını izləmək və təkmilləşdirmək üçün tədbirlər görmək.
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
- Məhsulları müəyyən olunmuş çəki və qida qaydaları əsasında hazırlanmasını təmin etmək.
- Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
- Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
- Müştəri rəylərini izləmək və narazılıqları həll etmək.
- Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
- İş saatı: 10:00-dan 22:00-dək
- İş günləri: 6 gün
- Nahar: Şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 1200-1400 AZN
Namizədə tələblər:
- Restoran idarəçiliyində ən az 5 il təcrübə.
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqları.
- Punktual, məsuliyyətli, stressə davamlı, səlis nitqli.
- Problem həlletmə bacarığı.
- Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis və ya rus dili arzuolunandır.
- Yaş: 28-40
Əlaqə:
Əlaqədar şəxs: Aysel X
Telefon: (012) 563-30-80, (055) 409-28-86
E-mail: info@mercimek.az
What's Your Reaction?