Mərkəzi Bank vakansiya: Şəbəkə inzibatçılığı bölməsi \ Böyük sistem inzibatçısı

Azərbaycan Respublikası Mərkəzi Bankı Böyük Sistem İnzibatçısı vakansiyası elan edir. Təcrübə və bilik tələbləri daxilində müvafiq sahədə bacarıqlarınızı göstərin! Son tarix 17 sen 2024.

Aug 30, 2024 - 14:52
Aug 30, 2024 - 15:12
 0
Mərkəzi Bank vakansiya: Şəbəkə inzibatçılığı bölməsi \ Böyük sistem inzibatçısı
Mərkəzi Bank vakansiya: Şəbəkə inzibatçılığı bölməsi \ Böyük sistem inzibatçısı

Əmək Vəzifə Funksiyaları:

  • Şəbəkə infrastrukturunun yaradılması və tətbiqi layihələrində iştirak;
  • Mərkəzi Bankın lokal və qlobal şəbəkə strukturu vahidlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • Şəbəkə strukturunun, proqram təminatı vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsi, həmçinin texniki sənədlərin hazırlanması;
  • Şəbəkə nasazlıqlarının analizi və qarşısının alınması üçün tədbirlərin görülməsi;
  • Şəbəkə infrastruktur avadanlıqlarının quraşdırılması, sazlanması və istismara daxil edilməsi;
  • Cavabdeh olduğu infrastruktur komponentlərinin proqram təminatı versiyalarının daimi yenilənməsi;
  • Şəbəkə fəaliyyəti və performansı barədə mütəmadi hesabatların hazırlanması;
  • Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsi və yenilənməsi;
  • Mərkəzi Bankın Ehtiyat Mərkəzlərində şəbəkə komponentlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlərin görülməsi;
  • Daxili hüquqi sənədlərə uyğun digər inzibatçılıq funksiyalarının icrası;
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Tələb Olunan Biliklər:

  • LAN/WAN
  • Routing, Switching
  • Firewall Configuration (Palo Alto)
  • NAC, TACACS+RADIUS
  • Network Monitoring Tools
  • WLC Configuration
  • IP telefoniya (SIP+ANALOG), İVR
  • IP-SEC, Site-to-Site, Full-Mesh
  • SDN, SDWAN
  • MPLS, BGP
  • Network Backup Tools

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 5 illik iş təcrübəsi;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək;
  • İngilis dilində orta səviyyədə biliklər;
  • Cisco Certified Network Professional (CCNP) sertifikatı.

Şəbəkə inzibatçılığı bölməsi \ Böyük sistem inzibatçısı vakansiyası ilə maraqlananlar CV-lərini Mərkəzi Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow