Mətanət A Şirkətlər Qrupu vakansiya: İşə qəbul üzrə mütəxəssis.
Mətanət A Şirkəti Bakı şəhərində İşə Qəbul üzrə Mütəxəssis vakansiyası elan edir. İnsan Resursları sahəsində təcrübəli namizədlər axtarılır. Əmək haqqı razılaşma yolu ilə, tam iş günü ilə. Azərbaycan və rus dili biliyi tələb olunur. Müraciət etmək üçün CV-lərinizi göndərin!
İşin Təsviri və Əsas Vəzifələr:
- Namizədlərin cəlb edilməsi məqsədilə bütün şöbələrlə sıx əməkdaşlıq edərək işə qəbul və seçim prosesini effektiv şəkildə həyata keçirmək;
- Şirkətin işə qəbul siyasətinə uyğun olaraq işə qəbul prosesini idarə etmək;
- İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarını yerləşdirmək;
- Şirkətin CV bazasını yeniləyib genişləndirmək;
- İş saatı: 09:00-dan 18:00-dək;
- İş yeri: Baş Ofis – Luxen Plaza (Xətai p-ti 34, Təhsil Nazirliyinin yanı);
- Korporativ nömrə təmin olunur.
Namizəddən Tələb Olunan Xüsusi Bacarıqlar:
- Təhsil: Ali təhsil (İnsan Resursları sahəsində);
- İş təcrübəsi: İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi (Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır);
- Kompüter bilikləri: MS Office proqramlarında yaxşı bilik;
- Dil biliyi: Azərbaycan və rus dillərini sərbəst bilmək (İngilis dili arzuolunandır).
Əlavə Məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə müəyyən edilir;
- Kateqoriya: İnsan Resursları;
- Məşğuliyyət: Tam iş günü.
Uygun namizədlər CV-lərini hr@matanata.com email ünvanına "İşə qəbul üzrə mütəxəssis" başlığı ilə göndərə bilərlər.
What's Your Reaction?