Milla Dairy vakansiya: ERP Mütəxəssisi axtarılır.
"ERP mütəxəssisi vakansiyası Milla Dairy MMC-də! 800-900 AZN maaşla iş imkanları, mükəmməl iş şəraiti, analitik düşüncə tələb olunur.
Vakansiya Elanı: ERP Mütəxəssisi
Şirkət: Milla Dairy MMC
Maaş: 800 - 900 AZN
Şəhər: Bakı
Yaş: 23 - 35 yaş
Təhsil: Ali
İş Təcrübəsi: 1 ildən 3 ilə qədər
Bitmə Tarixi: Noyabr 06, 2024
Əlaqədar Şəxs: Günel Qiyasova
Telefon: (055) 900-92-18
E-mail: [email protected]
İş barədə məlumat:
- ERP sistemlərinin tətbiqi və konfiqurasiyasını həyata keçirmək.
- Sistemi təşkilatın spesifik ehtiyaclarına uyğunlaşdırmaq.
- Müəssisənin iş proseslərini analiz etmək və ERP sisteminin bu proseslərə inteqrasiya olunmasını yoxlamaq.
- İş prosesinin effektivliyini artırmaq üçün avtomatlaşdırma işləri həyata keçirmək.
- Biznes tələblərinə uyğun yeni ERP funksiyalarını təklif və tətbiq etmək.
- ERP sistemindəki potensial riskləri müəyyənləşdirmək və bunların qarşısını almaq üçün tədbirlər görmək.
- Satış və distribüsiya əməliyyatlarının optimallaşdırılması və sorğuların idarə edilməsi.
İş Şəraiti:
- İş yeri: Müşfiqabad qəsəbəsi.
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-dan - 17:30-dək.
- Nahar, servis, könüllü tibbi sığorta və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
Namizədə Tələblər:
- Azərbaycan dili mükəmməl, ingilis dilini texniki səviyyədə bilməsi üstünlükdür.
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli.
- 1C ERP və 8.3 yüksək səviyyədə bilməli.
- Analitik düşüncə və təhlil bacarığı, peşəsinə yüksək motivasiya ilə yanaşma, səbr və məsuliyyətlilik.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “ERP üzrə mütəxəssis” qeyd etməklə career@milla.az e-mail ünvanına göndərə bilərsiniz.
What's Your Reaction?