MKT İstehsalat Kommersiya vakansiya: Hüquqşünas axtarılır.
MKT İK MMC, Bakı şəhərində mülki, əmək və inzibati hüquq sahəsində hüquqşünas axtarır. Əlavə məlumatlar, tələblər və müraciət üçün vakansiya elanını oxuyun.
Vəzifələr:
- Şirkəti mülki, əmək, inzibati hüquq sahəsində məhkəmələrdə, dövlət və yerli özünüidarəetmə orqanlarında təmsil etmək.
- İddia ərizələrini, apellyasiya və kassasiya şikayətlərini, digər ərizələri, etirazları və məktubları hazırlamaq.
- Şirkətin daxili siyasət/qaydalarının layihələrinə, müqavilələrə, əmrlərə, idarəetmə orqanlarının digər qərar və protokollarına rəy bildirmək.
- Əmək hüququ sahəsində İnsan resursları şöbəsi tərəfindən hazırlanan sənədlərə rəy bildirmək.
- Şirkətin digər struktur bölmələrinə korporativ hüquq sahəsində məsləhətlər vermək.
Tələblər:
- Ali hüquq ixtisası üzrə təhsil.
- İxtisas üzrə ən azı 3-4 il iş təcrübəsi.
- Azərbaycan dilini mükəmməl bilməli, rus/ingilis dili biliyinə üstünlük verilir.
- Mülki, əmək, inzibati hüquq sahələrini tənzimləyən qanunvericilik biliyi.
Əlavə Məlumat:
- Əmək haqqı razılaşma əsasında.
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur.
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Son tarix: Noyabr 29, 2024
Hüquqşünas vakansiyası ilə maraqlananlar CV-lərini MKT İstehsalat Kommersiya-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 noyabr 2024 il.
What's Your Reaction?