Bank Respublika vakansiya: Onlayn satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi.

Onlayn satış kanalları ilə iş şöbəsində kiçik mütəxəssis axtarılır. Bank Respublika ASC-də müştəri bazasının inkişafında, onlayn sifarişlərin təhlilində və satış proseslərində bacarıqlı şəxslər üçün əla imkanlar. Müxtəlif düşüncə ilə ünsiyyət, təhlil etmə və inandırma bacarıqları olan namizədlər gözlənilir.

Sep 27, 2024 - 12:01
Sep 27, 2024 - 12:04
 0
Bank Respublika vakansiya: Onlayn satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi.
Bank Respublika vakansiya: Onlayn satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi.

Təsvir:

  • Onlayn kanallardan daxil olan sifarişlərin ilkin təhlil edilərək proqram təminatında qeydiyyatının aparılması;
  • Bankın mövcud məhsul və xidmətləri barəsində müştərilərə zəng vasitəsi ilə təklif verilməsi və satışının həyata keçirilməsi;
  • Müştəri bazasının hazırlanması və yeni müştərilər cəlb edilməsində dəstək verilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili arzuolunan;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı.

QEYD: Telesatış (soyuq zənglər) sahəsində çalışanlara üstünlük veriləcək.

Vakansiya haqqında:

  • Son tarix: Oktyabr 2, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Onlayn satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow