MKT İstehsalat Kommersiya vakansiya: Keyfiyyət təminatı üzrə mütəxəssis.
MKT İK MMC keyfiyyət təminatı üzrə mütəxəssis axtarır. İnteqrasiya edilmiş Menecment Sisteminin tələblərinin tətbiqi və keyfiyyətin idarə olunması üzrə müvafiq işlərin görülməsi məqsədilə müvafiq təcrübəyə malik namizədlərin müraciət etmələri xahiş olunur.
Vəzifələr:
- Şirkətin İnteqrasiya edilmiş Menecment Sisteminin (İMS) tələblərinin tətbiqini həyata keçirmək;
- İMS çərçivəsində müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması və aktual vəziyyətdə saxlanmasını təmin etmək;
- Proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək;
- Daxili sənədlərin hazırlanmasında iştirak etmək və ilkin yoxlanışını həyata keçirmək;
- Daxili sənədlərin müvafiq qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək;
- Daxili sənədlərin qeydiyyatı və saxlanmasını təmin etmək;
- Daxili sənədləri yayımlamaq və müvafiq istifadəçi kütləsi üçün əlçatanlığını təmin etmək;
- Keyfiyyət standartları, proseslər və alətlər üzrə işçi heyətinin təlimatlandırılmasını həyata keçirmək;
- Daxili və xarici auditlərin keçirilməsində iştirak etmək;
- Rəhbərlik təhlilini təşkil etmək və təhlil prosesində iştirak etmək;
- Uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək;
- Keyfiyyət problemlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin müəyyən edilməsi;
- Keyfiyyət və proses performansını qiymətləndirmək üçün monitorinq və ölçmə proseslərinin hazırlanması, tətbiqi;
- Müştəri məmnuniyyətinin ölçülməsi üçün geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunması;
- Təchizatçıların keyfiyyət performansının monitorinqi və qiymətləndirilməsi;
- Keyfiyyət infrastrukturunun inkişafına dəstək göstərmək;
- Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı layihələrdə iştirak etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, İngilis dili - səlis; Rus dili – arzu olunandır.
- “ISO 9000:2015 Quality management systems” standartı üzrə biliklər;
- “ISO 9001:2015 Quality management systems” standartı üzrə biliklər;
- “ISO 19011:2018 Guidelines for auditing management systems” standartı üzrə biliklər;
- ISO 14001:2015, ISO 45001:2018 və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;
- Proses xəritələri və blok sxemlərin tərtib olunması. Biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0).
Səriştə və Bacarıqlar:
- Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
- Risk əsaslı düşünmə;
- Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmək;
- Mükəmməl şifahi və yazılı ünsiyyət;
- Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
- Planlama və təşkilatçılıq;
- Dəqiqlik və detallara diqqət;
- Yüksək səviyyədə aktiv dinləmə;
- Komanda daxilində işləmək;
- Zamanın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi;
- Konfliktlərin idarə olunması bacarığı;
- Təqdimat bacarıqları.
Əlavə Məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Son tarix: Noyabr 29, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Digər
Keyfiyyət təminatı üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini MKT İstehsalat Kommersiya-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 noyabr 2024 il.
What's Your Reaction?