MKT İstehsalat Kommersiya vakansiya: Keyfiyyət və SƏTƏM üzrə administrator.

Keyfiyyət və SƏTƏM üzrə administrator vakansiyası MKT İK MMC-də. İSO standartları üzrə təcrübə arzu edilir. Bakıda, tam ştat iş imkanı. Müraciət üçün son tarix: 28 noyabr 2024.

Oct 30, 2024 - 11:17
Oct 30, 2024 - 11:19
 0
MKT İstehsalat Kommersiya vakansiya: Keyfiyyət və SƏTƏM üzrə administrator.
MKT İstehsalat Kommersiya vakansiya: Keyfiyyət və SƏTƏM üzrə administrator.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətdə keyfiyyət və SƏTƏM strategiyasına uyğun işlərin aparılması.
  • Daxili sənədləşmə prosesinin yerinə yetirilməsi və müvafiq qeydiyyat cədvəllərinin hazırlanması.
  • Keyfiyyət və SƏTƏM standartlarının tətbiqi və davamlı inkişaf etdirilməsi üçün işlərin icrası.
  • İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 17025:2017 standartlarına uyğun proseslərdə iştirak.
  • Sənədləşdirilmiş məlumatların idarə olunması və lazım gələrsə məlumat bazasının yaradılması.
  • Aidiyyatı şöbələrdən hesabatların toplanması və emalı.
  • Şöbəyə gələn sorğuların toplanması və aidiyyatı üzrə yönləndirilməsi.
  • Departamentin işinin koordinasiyası üçün tapşırıqların alınması və aidiyyatı üzrə yönləndirilməsi.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında.
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur.
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr təhsili, magistr təhsili olması üstünlükdür.
  • İSO standartları üzrə məlumat, daxili auditor sertifikatının olması üstünlükdür.
  • Müvafiq sahələrdə 1-3 illik təcrübə.
  • Təşkilatçılıq, problem həll etmə və əməkdaşlıq bacarıqları.

Vakansiya haqqında: Son müraciət tarixi: 28 noyabr 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow