MKT İstehsalat Kommersiya vakansiya: Regionlarda xidməti avtomobillər üzrə koordinator.
Regionlarda xidməti avtomobillər üzrə koordinator vakansiyası. MKT İK MMC, 3 il iş təcrübəsi olan, güclü kommunikasiya bacarığına malik namizədləri axtarır. İşin tələbləri və məsuliyyətləri ilə tanış olun, müraciət edin!
Təsvir
- Cəmiyyətin balansında nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin təmir edilərək işlək vəziyyətə gətirilməsinə nəzarət etmək.
- Gündəlik olaraq sürücülərin hərəkət cədvəlinə uyğun nəzarəti həyata keçirmək.
- Sürücülərin avtomobillərin “Təhvil-təslim” prosedurlarına riayət etməsinə nəzarət etmək.
- Azərbaycan Respublikası Yol hərəkəti qanunlarını bilməli, daxili prosedur qaydalarına yiyələnməli və onlara riayət etmək.
- Filiallardan daxil olan sorğulara əsasən, nəqliyyat vasitələrinin fasiləsiz, problemsiz, yüksək səmərəli işini təmin etmək.
- Nəqliyyat vasitələrinin GPS vasitəsilə izlənməsi, aşkar edilən uyğunsuzluqlar barədə dispetçerə sorğu göndərmək.
- İcazə verilməyən yüklərin daşınmasının qarşısını almaq və Rəhbərliyin göstərişi ilə qabarit ölçüləri böyük yüklərin daşınması zamanı təhlükəsizliyi təmin etmək üçün lazımi addımların atılmasını təmin etmək.
Əlavə Məlumat
- Əmək haqqı razılaşma əsasında.
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur.
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).
- İş yeri: Müəssisənin regionlarda yerləşən filialları.
Tələblər
- Ən azı 3 il müvafiq sahə üzrə iş təcrübəsi.
- Ali təhsil.
- Mütəmadi ezamlarda olmalı.
- Güclü kommunikasiya və təqdimat bacarığı.
- Yaradıcı düşüncə qabiliyyəti.
- Məsuliyyətli və diqqətli olmaq.
- Microsoft Office proqramlarını bilmək.
Vakansiya haqqında
Son tarix: Noyabr 17, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Digər
What's Your Reaction?