Xalq Bank vakansiya: Bank Fəaliyyətinə Dəstək İdarəsinin Metodologiya şöbəsi.
Xalq Bank, Bank Fəaliyyətinə Dəstək İdarəsinin Metodologiya şöbəsinə mütəxəssis axtarır. Daxili normativ aktların hazırlanması, analizi və metodoloji dəstək üzrə iş imkanları.
Vəzifələr
- Daxili normativ aktların bazasını təhlil etmək və aktuallaşdırılmasına ehtiyac olan normativ aktlar barədə təkliflər hazırlamaq;
- Daxili normativ aktların kataloqunu hazırlamaq və yeniləmək;
- Daxili normativ aktlarda istifadə olunan terminlər üzrə biznes lüğət hazırlamaq;
- Bankın biznes proseslərini və struktur bölmələrinin işini əhatə edən daxili normativ aktlar hazırlamaq;
- Bankın məhsul və xidmətləri üzrə tələb olunan daxili normativ aktları hazırlamaq və ya dəyişiklik etmək;
- Bankın struktur bölmələrinin və idarəetmə orqanlarının əsasnamələrini hazırlamaq;
- Daxili normativ aktlara olan ehtiyacın müəyyən olunması üçün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
- Bankda keçirilən layihələrə metodoloji dəstək göstərmək.
Tələblər
- Ali magistr təhsili (iqtisadi və ya hüquqi);
- Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanının normativ aktlarına dair biliklər;
- Bank işi sahəsi üzrə biliklər və minimum 1 illik təcrübə;
- Azərbaycan dilinin orfoqrafiyasını və qrammatikasını mükəmməl səviyyədə bilmək;
- Analitik və kreativ düşüncə, işdə dəqiqlik;
- MS Office məhsulları üzrə (xüsusi ilə “Word”, “Visio”, “Excel”, “DraW IO”) biliklər;
- İngilis və Rus dili orta səviyyədə bilik.
Müraciət
Müraciət etmək istəyən namizədlərin noyabrın 10, 2024 tarixinə qədər başvurularını göndərmələri xahiş olunur. Xalq Bank, iş mühitini inkişaf etdirmək və peşəkar kadrların yetişdirilməsinə dəstək verməyə sadiqdir.
What's Your Reaction?