Nina Patisserie vakansiya: Satış meneceri axtarılır.
Nina Patisserie satış meneceri vakansiyası üçün müraciət qəbul edir. 20-35 yaş arası, satış bacarığına malik, ünsiyyətcil namizədlər axtarılır. Əlavə məlumat üçün e-poçt ünvanımıza yazın!
Vəzifələr
- Kafe, restoran və coffee shop-larla görüşlər keçirmək, məhsulları təqdim edərək yeni müştərilər cəlb etmək.
- Müştərilərdən sifarişləri qəbul etmək, istehsala yönləndirmək və sifarişlərin təhvilinə qədər prosesi koordinasiya etmək.
- Sosial media, WhatsApp və zəng üzərindən müştəri müraciətlərini qəbul etmək, sorğularını cavablandırmaq, sifarişləri vaxtında və dəqiq təhvil vermək.
- Gülərüz, xoş münasibət və operativ xidmət ilə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək.
- Ehtiyac yarandıqda komanda yoldaşlarına kömək etmək.
İş Qrafiki
- 09:00-dan - 18:00-dək, həftədə 1 gün istirahət günü.
- Əmək haqqı müsahibə əsasında, fix və bonus hissəli sistem üzrə təyin olunacaq.
- Rəsmi işə götürülmə, əmək məcəlləsinə uyğun.
Namizədə Tələblər
Nina Patisserie, müxtəlif tort çeşidlərinin və desertlərin hazırlanmasını və satışını həyata keçirir. Satış meneceri namizədindən gözlənilən tələblər:
- Satış bacarığına sahib olmaq.
- Məsuliyyətli və dəqiq olmaq.
- Gülərüz və ünsiyyətcil olmaq.
- Öyrənməyə həvəsli olmaq.
- Cəld və operativ olmaq.
- Komandada işləmə bacarığına sahib olmaq.
- Yaş aralığı: 20-35.
- Dil bilikləri: Azərbaycan dili, rus dili arzuolunandır.
- Kafe, coffee shop, restoran, katerinq, şirniyyat kimi sahələrdə müəyyən satış təcrübəsi arzuolunandır.
Müraciət
CV-nizi ninapatisseriebaku@gmail.com elektron poçt ünvanına “Satış meneceri” başlığı ilə göndərin və ya (050) 324-55-63 nömrəsi ilə əlaqə saxlayın.
What's Your Reaction?