NORM vakansiya: Mexaniki təmir üzrə mexanik.

Mexaniki təmir üzrə mexanik vakansiyası – Norm Sement zavodunda sənaye təmir işlərində təcrübəsi olan peşəkarlar üçün əla fürsət. 3 il iş təcrübəsi, qaynaq bacarıqları və qaynaqçı sertifikatı tələb olunur.

Sep 6, 2024 - 10:12
Sep 6, 2024 - 10:15
 0
NORM vakansiya: Mexaniki təmir üzrə mexanik.
NORM vakansiya: Mexaniki təmir üzrə mexanik.

Tələblər:

  • Orta və ya orta ixtisaslı peşə təhsili
  • İstehsalat təmir işlərində ən azı 3 il iş təcrübəsi
  • Elektrik qaynaq və qazla kəsmə bacarıqları
  • Qaynaqçı sertifikatının olması arzuolunandır

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Vəzifə və Öhdəliklər:

  • Avadanlıqların fasiləsiz və keyfiyyətli işləməsini təmin etmək üçün onların təlimata uyğun quraşdırılması və təmirini həyata keçirmək
  • Mexaniki avadanlıqların təmiri, dişli çarxların, konveyer lentinin, reduktorların, pazşəkilli qayışların dəyişdirilməsi və digər təmir işlərini həyata keçirmək
  • Polad və metal konstruksiyalarda qaynaq işləri
  • Kəsmə işlərində oksigen-propan və asetilen istifadəsinə nəzarət etmək
  • Tikinti meydançalarında və sexlərdə istehsalat işlərinin icrası
  • Zəncirli qaldırıcı blok və digər qaldırıcı qurğulardan istifadə etməklə işlərin görülməsi
  • Mexaniki və elektrik əl alətlərindən istifadə etməyə cavabdeh olmaq
  • Mexaniki təmir işlərindən sonra iş yerlərinin təmizlənməsi və tullantıların təyin olunmuş sahəyə yerləşdirilməsi
  • Qaz təchizatı sisteminin planlanması və nəzarət edilməsi

Necə müraciət etməli?

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə, [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Son müraciət tarixi: 03 oktyabr 2024

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow