NORM vakansiya: Mexaniki Təmir üzrə Baş Mühəndis.

Mexaniki Təmir üzrə Baş Mühəndis vakansiyası. Norm Sement zavodu 10 illik iş təcrübəsi olan, analitik düşüncəyə malik və yüksək səviyyədə ingilis dili biliyi olan namizədləri axtarır.

Sep 6, 2024 - 10:08
Sep 6, 2024 - 10:10
 0
NORM vakansiya: Mexaniki Təmir üzrə Baş Mühəndis.
NORM vakansiya: Mexaniki Təmir üzrə Baş Mühəndis.

Tələblər:

  • Mexanika mühəndisliyi üzrə ali təhsil;
  • Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 10 il iş təcrübəsi;
  • MS Office proqramlarında səlis istifadə bacarığı;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Yaxşı səviyyədə analitik düşüncə və kommunikasiya bacarıqları;
  • Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Mexaniki təmir bölməsinə aid büdcənin hazırlanması və izlənilməsi;
  • Mexaniki nasazlıqların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması;
  • Mexaniki təmir işlərinin tədbirlər planına əsasən tam yerinə yetirilməsinə nəzarət;
  • Bölmənin illik işçi ehtiyacının müəyyən edilməsi;
  • Mexaniki təmir ilə əlaqədar təlim materiallarının hazırlanması və işçi heyətinə təlim keçirilməsi;
  • Anidən yaranan mexaniki nasazlıqların ən qısa zamanda aradan qaldırılması;
  • Qeyri-standart/cizgisi olmayan ehtiyat hissələrin müəyyən edilməsi və SAP sistemi üzərindən sifarişin yaradılması;
  • Texniki təmir sisteminin yaradılması üçün texniki təmir heyətinə yardım;
  • Vacib ehtiyat hissələrin siyahısının tərtib edilməsi və anbardakı miqdarın optimallaşdırılması;
  • Podratçı şirkətlərin işləri ilə bağlı nəzarət və koordinasiya işləri;
  • Qaz təchizatı sisteminin planlaşdırılması və nəzarət.

CV təqdim etmək üçün qaydalar:

Müraciət etmək üçün CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etməyi unutmayın.

Son müraciət tarixi: 30 sentyabr 2024.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow