Paşa Bank vakansiya: AML və Monitorinq üzrə Baş mütəxəssis axtarılır.
Paşa Bank, AML və monitorinq üzrə baş mütəxəssis axtarır. Müştəri tanıma (KYC) və anti-pul yuma (AML) üzrə təcrübəli mütəxəssislər üçün geniş imkanlar təqdim edir. Bu vakansiya, müştəri eyniləşdirməsi və qanunvericiliyə uyğunluq üçün mühüm rol oynayır.
Vəzifə Öhdəlikləri
AML və Monitorinq üzrə Baş mütəxəssis kimi sizin işiniz aşağıdakı vəzifələri əhatə edəcək:
- Xarici maliyyə institutlarına aid öz-müştərini-tanı (KYC) formalarının doldurulması;
- ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmunun hazırlanması və inkişaf etdirilməsi (məsələn, ƏL/ÖMT/TM siyasəti);
- Müvafiq hesabaçma prosesi üzrə monitorinqlərin qurulmasında töhvə verilməsi;
- Müxbir bankların illik öz-müştərini-tanı (KYC) dəyərləndirməsinin aparılması;
- Müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
- Gündəlik əsasda əməliyyatların ƏL/TMM proqram təminatı vasitəsi ilə monitorinq edilməsi;
- Öz-müştərini-tanı (KYC) proqram təminatının inkişafında töhvə verilməsi;
- Bankın müştəri qəbulu və öz-müştərini-tanı (KYC) prosedurlarında iştirak edərək, müştəri eyniləşdirməsinin yerli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə həyata keçirilməsi;
- Filial və Biznes Mərkəzlərindən daxil olan ƏL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
- ƏL/TMM ilə əlaqəli tələblərin bankdaxili kommunikasiyasının təşkil edilməsi.
Tələblər
Sizdən aşağıdakı tələblərə uyğun olmağınız gözlənilir:
- Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr);
- Tələb olunan iş təcrübəsi: 3-5 il;
- Lisenziya / Sertifikat: CAMS, CGSS və s. kimi sertifikatların olması arzuolunandır;
- Xarici dillər: İngilis dili (səlis) və Rus dili (orta);
- Kompüter bilikləri: Microsoft Office, AML Software bilikləri.
Vakansiya haqqında məlumat
- Son tarix: Oktyabr 30, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Hüquq
AML və Monitorinq üzrə Baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?