Hacıqabul Quşçuluq Şirkəti vakansiya: Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Qida sahəsi).
Hacıqabul Quşçuluq Şirkəti MMC-də Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis vakansiyasına müraciət edin! Qida təhlükəsizliyi, HACCP və ISO 22000 standartlarına uyğun çalışacaq təcrübəli mütəxəssis axtarılır. Hacıqabul rayonu, Ağacanlı kəndində 6 günlük iş rejimi və yeməkxana xidmətləri ilə bağlı ətraflı məlumat əldə etmək üçün elanımızı oxuyun!
İş Məsuliyyətləri:
- Yeməkxanada təqdim olunan qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq.
- Qida məhsullarının qəbulundan hazırlanmasına və təqdimatına qədər olan bütün mərhələlərə nəzarət etmək.
- Qida təhlükəsizliyi ilə bağlı hər hansı risk və uyğunsuzluğu vaxtında müəyyənləşdirərək rəhbərliyə məlumat vermək.
- İstehlak üçün nəzərdə tutulmuş məhsulların gigiyena və keyfiyyət tələblərinə uyğun olmasını təmin etmək.
- Yeməkxana heyətinə sanitar qaydalar, qida təhlükəsizliyi və gigiyenik təlimatlar üzrə dəstək vermək və onlara nəzarət etmək.
- Qida təhlükəsizliyi sahəsində komandanın bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil etmək.
- Aylıq və dövri olaraq qida təhlükəsizliyi üzrə hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
Əlavə Məlumat:
- İş yeri: Hacıqabul rayonu, Ağacanlı kəndi
- İş rejimi: 6 günlük iş həftəsi (09:00 - 17:00)
- Nahar şirkət tərəfindən təmin edilir.
- Servis xidməti mövcuddur (Bakı, Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis təmin edilir).
- Əmək haqqı: Müsahibə əsasında.
Tələblər:
- Qida mühəndisliyi, biotexnologiya və ya əlaqəli sahədə ali təhsil.
- Qida təhlükəsizliyi, gigiyena və keyfiyyətə nəzarət sahəsində ən azı 2 illik iş təcrübəsi.
- HACCP, ISO 22000 kimi qida təhlükəsizliyi standartları üzrə biliklər.
- Detallara diqqət, güclü məsuliyyət hissi və dəqiqlik.
- Yüksək səviyyədə müşahidə və təhlil qabiliyyəti.
- Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti.
What's Your Reaction?