Paşa Bank vakansiya: İnsan Resursları üzrə Biznes Partnyor.
İnsan Resursları üzrə Biznes Partnyor vakansiyası – Paşa Bank-da karyeranı inkişaf etdirmək imkanı. Kadr seçimi, əməkdaş inkişafı və əmək bazarı bilikləri olan mütəxəssislər üçün.
İşin təsviri:
- Vəzifə təlimatlarının hazırlanması və saxlanması;
- İstedadların cəlb edilməsi üçün tələblərin qiymətləndirilməsi və kadr seçimi zamanı rəhbərliklə tərəfdaşlıq edilməsi;
- Əmək haqqı təşəbbüslərinin layihələndirilməsi və idarə olunması;
- Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyaclarının təhlili (DNA);
- Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi (hədəflərin təyini, yarımillik baxış, 360 dərəcə qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma);
- Əmək münasibətləri məsələlərinin həlli;
- Struktur dəyişikliyi ilə bağlı daxili müştərilərdən gələn sorğuların həllində və sənədləşdirilməsində iştirak;
- İnsan resursları üzrə layihələrdə aktiv iştirak və cavabdehlik daşımaq;
- Strateji işçi qüvvəsinin seçimi/irəli çəkilməsi üçün qiymətləndirmə mərkəzi və vasitələrindən istifadə etmək.
Tələblər:
- Təhsil: Sosial elmlər və ya iqtisadiyyat sahəsində bakalavr dərəcəsi;
- İş təcrübəsi: İşə qəbul, təlim və ya digər İR sahələri üzrə ən azı 3 il;
- Xarici dillər: İngilis dili (səlis);
- Kompüter bilikləri: Microsoft Office proqramları;
- Məhsul üzrə biliklər: İR transformasiya prosesləri;
- Bazar üzrə biliklər: Azərbaycan Respublikası Əmək Məcəlləsi;
- Bacarıqlar: Ünsiyyət bacarıqları, innovativ düşüncə, özünü inkişaf etdirmə.
Vakansiya haqqında məlumat:
- Son müraciət tarixi: 16 Noyabr 2024;
- Vakansiya növü: Tam ştat;
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə.
İnsan Resursları üzrə Biznes Partnyor vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 16 noyabr 2024 il.
What's Your Reaction?