Expressbank vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis (GRC).
İnformasiya Təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis vakansiyası. Ali təhsilli və təcrübəli mütəxəssislər üçün Expressbank ASC-də peşəkar inkişaf imkanı.
Vəzifə öhdəlikləri:
- İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və standartların hazırlanması və tətbiq edilməsi.
- Sənədlərin aktuallığının daim nəzarətdə saxlanılması və yenilənməsi.
- Uyğunluq pozuntularının aşkar edilməsi və araşdırılması.
- İT risklərinin qiymətləndirilməsi və uyğun tədbirlərin həyata keçirilməsi.
- Mövcud siyasət və prosedurların düzgün tətbiq edilməsinə nəzarət etmək.
- İnformasiya təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanmasında iştirak etmək.
- Bank üzrə İT və informasiya təhlükəsizliyi risklərinin idarə edilməsini təmin etmək və inkişaf etdirmək.
- İnformasiya təhlükəsizliyi üzrə requlyator tələblərinin və beynəlxalq təcrübələrin tətbiq olunmasını həyata keçirmək.
- İT və informasiya təhlükəsizliyi sahəsində yoxlamaların aparılmasını təmin etmək.
- Sahə üzrə inkişaf planları və strategiyaların hazırlanması üçün təkliflər vermək.
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərini qurmaq.
- Audit zamanı koordinasiyalı işin təşkilini təmin etmək.
Tələblər:
- İnformasiya texnologiyaları və ya informasiya təhlükəsizliyi sahəsində ali təhsil.
- İnformasiya təhlükəsizliyi sahəsində ən azı 2 il iş təcrübəsi.
- İngilis dili biliyi (upper-intermediate səviyyəsində).
- İT sistem və şəbəkə anlayışı.
- ISO 27001, NIST, COBIT, ITIL və digər beynəlxalq standartlar haqqında praktiki biliklər.
- CISSP, CISA, CISM, ISO 27001, CRISC kimi sertifikatlar üstünlük təşkil edir.
- Nəzarət, qərar vermə, təhlil etmə və təşəbbüskarlıq qabiliyyəti.
- Təşkilatçılıq və dəqiqlik bacarıqları.
İş haqqında məlumat:
- Son müraciət tarixi: 30 Oktyabr 2024
- İş növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
İmtiyazlar:
- Tibbi sığorta.
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər.
- Professional və maddi inkişaf perspektivləri.
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
İnformasiya Təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis (GRC) vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?