Paşa Bank vakansiya: Komplayns ve AML Departamentinin Tənzimləyici normativlərə uyğunluğun idarə edilməsi Qrupunun Rəhbəri.

Paşa Bankda Komplayns və AML Departamentində Tənzimləyici normativlərə uyğunluğun idarə edilməsi Qrupunun Rəhbəri vakansiyası üçün namizəd axtarılır. Komplayns, maliyyə bazarları və tənzimləyici normativlər sahəsində təcrübəyə malik namizədlər üçün ideal fürsətdir.

Oct 2, 2024 - 11:15
Oct 2, 2024 - 11:19
 0
Paşa Bank vakansiya: Komplayns ve AML Departamentinin Tənzimləyici normativlərə uyğunluğun idarə edilməsi Qrupunun Rəhbəri.
Paşa Bank vakansiya: Komplayns ve AML Departamentinin Tənzimləyici normativlərə uyğunluğun idarə edilməsi Qrupunun Rəhbəri.

Əsas vəzifə öhdəlikləri:

  • Bankın fəaliyyətinin tənzimləyici orqanların tələblərinə uyğun olmasını təmin etmək və nəzarəti həyata keçirmək;
  • Tənzimləyici normativ hüquqi aktların tələblərinə uyğunluq prosesini qurmaq və müvafiq monitorinqləri təşkil etmək;
  • Nəzarət orqanlarının qaydalarındakı dəyişiklikləri təhlil etmək və bankda tətbiq tədbirlərini idarə etmək;
  • Komplayns risklərinin idarə edilməsi, bankın məhsul və xidmətlərinin nəzarət orqanı tələblərinə uyğunluğunu yoxlamaq;
  • Bankın fəaliyyətindən irəli gələn tədbirlərin nəzarət orqanlarının tələblərinə uyğunluğunu təmin etmək;
  • Proseslərin, daxili qaydaların, məhsul pasportlarının uyğunluq monitorinqini qurmaq;
  • Risklər və çatışmazlıqlar barədə dövri hesabatlar hazırlamaq və onların aradan qaldırılmasını təşkil etmək;
  • Bank işçiləri ilə komplayns məsələləri üzrə kommunikasiya qurmaq və nəzarət orqanlarının yoxlamaları ilə bağlı aşkarlamaları aradan qaldırmaq;
  • Tənzimləyici normativlərə dair sualları cavablandırmaq və pozuntular barədə Mərkəzi Banka hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, hüquq və ya uyğun sahədə);
  • Minimum 3 il iş təcrübəsi;
  • Beynəlxalq nəzarət, audit və komplayns sahələrində sertifikatlara malik olmaq üstünlükdür;
  • İngilis dili (səlis);
  • Microsoft Office proqramlarında səriştə;
  • Bank məhsulları və xidmətləri üzrə dərin bilik;
  • Nəzarət orqanlarının tələbləri ilə bağlı bilik.

Vakansiya haqqında məlumatlar:

  • Son müraciət tarixi: 30 oktyabr 2024;
  • Vakansiya növü: Tam ştat;
  • Kateqoriya: Maliyyə, biznes və idarəetmə.

Komplayns ve AML Departamentinin Tənzimləyici normativlərə uyğunluğun idarə edilməsi Qrupunun Rəhbəri vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow