Azərbaycan Hava Yolları vakansiya: Aparıcı İT Biznes Analitik axtarılır.
"Azərbaycan Hava Yolları" QSC, Aparıcı İT Biznes Analitik vəzifəsi üçün 1-3 il təcrübəyə malik namizədləri dəvət edir. Bu mövqedə funksional tələblərin müəyyənləşdirilməsi, məhsul inkişafı və bazar analizi kimi mühüm vəzifələri yerinə yetirmək imkanı əldə edəcəksiniz. Müraciət etməyi unutmayın!
Təsvir:
- Məhsul sahibi ilə yaxın əməkdaşlıq edərək məhsulun yol xəritəsini, xüsusiyyətləri və məhsul tələblərindəki dəyişiklikləri anlamaq və icrasını təmin etmək;
- Funksional tələblərin müəyyənləşdirilməsi, proses axınları və dokumentasiyanın hazırlanması;
- Proqramlaşdırma, testləşdirmə və məhsulun dizaynı komanda üzvləri ilə birlikdə çalışmaq;
- Hazırlanmış tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi (user story-lərin yazılması), test case-lərin yazılması və user acceptance testlərin həyata keçirilməsi;
- Mövcud proseslərin və məhsulların boşluqlarını tapmaq və keyfiyyətinin yaxşılaşdırılması üçün təhlil etmək;
- Məhsulun inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
- Məhsul datasının təhlili və təkliflərin verilməsi.
Tələblər:
- İş təcrübəsi: Biznes analitik kimi minimum 1-3 il iş təcrübəsi tələb olunur;
- Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment, İT ixtisası üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla, İngilis və Rus dilləri - orta;
- Üstünlüklər: Biznes analitika üzrə sertifikasiyalar, xarici vendorla işləmək təcrübəsi;
- Texniki tapşırıqların yazılması təcrübəsi;
- Kompüter bilikləri: MS Office, MS Visio;
- Layihə idarə etmə sistemləri ilə təcrübə;
- Məhsul analitikası və data ilə işləmək təcrübəsi.
Vakansiya haqqında:
- Son tarix: Sentyabr 27, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
Aparıcı İT Biznes Analitik vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?