Paşa Bank vakansiya: KOS Məsafədən Satış qrupunun Assistenti.

Paşa Bank, OS Məsafədən Satış Qrupunun Assistenti vəzifəsinə işçi axtarır. Müştəri cəlb etmə, satış həcmini artırma və müştəri məmnuniyyətini təmin etməyə yönəlmiş bir vakansiyadır. Ali təhsil və müvafiq sahədə 0-1 il iş təcrübəsi tələb olunur. Müraciət üçün son tarix 3 dekabr 2024.

Oct 24, 2024 - 13:27
Oct 24, 2024 - 13:29
 0
Paşa Bank vakansiya: KOS Məsafədən Satış qrupunun Assistenti.
Paşa Bank vakansiya: KOS Məsafədən Satış qrupunun Assistenti.

Vəzifə öhdəlikləri:

  • Müvafiq müştəri seqmentinə aid potensial müştərilərlə telefonla əlaqə yaradaraq, banka müştəri kimi cəlb etmək.
  • Mövcud müştəri bazasını böyütmək və satış həcmini artırmaq məqsədilə bank məhsul və xidmətlərinin irəliləyişini təmin etmək.
  • Yeni müştəriləri banka cəlb etmək üçün yeni platformaların tanıdılması və satışların artırılması.
  • Cari müştərilərlə əlaqə saxlayaraq, onlara yeni məhsul və xidmətlər barədə məlumat vermək.
  • Müştərilərə kredit kartlarının etibarlıq tarixləri ilə bağlı zənglər edərək, onların təkrar əlaqə saxlamasını təmin etmək.
  • Rəqəmsal biznes kreditlərinin satışını təşviq etmək.
  • Bankdan ayrılmış müştəriləri yenidən cəlb etmək üçün soyuq satış zəngləri etmək.
  • Müştərilərdən daxil olan müraciətləri analiz edərək, satış prosesini e2e həyata keçirmək.
  • Müştəri narahatlıqlarına cavab vermək və onlara dəstək göstərmək.

Tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və ya müvafiq sahə üzrə bakalavr təhsili arzuolunandır).
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 0-1 il.
  • Xarici dillər: Rus (səlis), İngilis (orta).
  • Kompüter bilikləri: Microsoft Office proqramları.
  • Digər bacarıqlar: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Son müraciət tarixi: 3 dekabr 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow