Aztelekom vakansiya: Məzmun Yaradıcısı (Senior Content Specialist).

Məzmun Yaradıcısı (Senior Content Specialist) vakansiyası Aztelekom MMC-də açıqdır. Hədəflənmiş auditoriyaya çatmaq üçün kontent strategiyaları hazırlayın. SEO, SMO və müasir texnologiyalara dair biliklərinizi tətbiq edin. Müraciət edin!

Oct 24, 2024 - 14:00
Oct 24, 2024 - 14:02
 0
Aztelekom vakansiya: Məzmun Yaradıcısı (Senior Content Specialist).
Aztelekom vakansiya: Məzmun Yaradıcısı (Senior Content Specialist).

Təsvir

Məzmun yaradıcısı vəzifəsinə qəbul edilən şəxs aşağıdakı vəzifələri yerinə yetirəcək:

  • Hədəflənmiş auditoriyaya uyğun kontent strategiyalarının hazırlanması və tətbiq edilməsi.
  • Şirkətin veb saytının mövcud vəziyyətinin təhlili və təkmilləşdirilməsi.
  • Bloqlar, veb saytlar, videolar və sosial media daxil olmaqla müxtəlif platformalar üçün məzmun yaradılması.
  • Reklam mətnləri və şüarlarının yazılması, adaptasiyası (Rus və İngilis dillərində) və redaktəsi.
  • Kontent daxilində SEOSMO üzrə tələblərin yer aldığından əmin olunması.
  • Məzmun məqsədlərini müəyyənləşdirmək üçün dizayn komandası ilə mütəmadi əməkdaşlıq.
  • Rəqiblərin rəqəmsal platformalarda fəaliyyətinin araşdırılması.
  • Kontent kalendarlarının mütəmadi olaraq idarə edilməsi və kontentin aidiyyəti rəqəmsal platformalarda yer aldığının təmin edilməsi.
  • Kontent trendləri, müştəri tələbləri və yeni texnologiyaların gündəlik olaraq izlənilməsi və tətbiq edilməsi.

Tələblər

  • Ali təhsil.
  • Müvafiq sahədə (korporativ, reklam agentliyi) minimum 3 il iş təcrübəsi.
  • CMS-lərdə işləmə bacarığı.
  • Microsoft Office, SEO alətləri (SemRush və s.) ilə işləmə bacarığı.
  • Azərbaycan dili - səlis, İngilis dili - əla, Rus dili - əla.
  • Süni intellektlə işləmə bacarığı.
  • Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı.
  • Analitik düşünmə və araşdırma qabiliyyəti.
  • Texnoloji yeniliklər barədə məlumatlı olmaq üstünlükdür.
  • Komanda ilə işləmə bacarığı.

Vakansiya Haqqında

  • Son tarix: Dekabr 3, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow