Paşa Bank vakansiya: Kredit Risklərinin İdarə Edilməsi Şöbəsinin Ehtiyatlanma Qrupu üzrə Kiçik mütəxəssisi.
Paşa Bank, Kredit Risklərinin İdarə Edilməsi Şöbəsinin Ehtiyatlanma Qrupu üzrə Kiçik mütəxəssis axtarır. Bu vəzifə, kredit risklərinin analiz olunması, ehtiyatlanma modellərinin hazırlanması və risk faktorlarının vaxtında müəyyənləşdirilməsi ilə bağlı mühüm rol oynayır.
İşiniz nədən ibarətdir?
- Kredit itkisi modellərinin hazırlanması, rəsmiləşdirilməsi, həyata keçirilməsi və təkmilləşdirilməsi (ECL, roll rate və s.);
- Müştərilər üzrə ehtiyatlanmanın analiz olunmasına dəstək verilməsi, digər struktur bölmələrlə mütəmadi kommunikasiyaların aparılması;
- Bazardakı kredit riskləri trendlərinin izlənməsi və məlumatın həmkarlarla və rəhbərliklə paylaşılmasına dəstək edilməsi;
- Kredit portfelinin auditi zamanı daxili və xarici audit komandaları ilə mütəmadi iş birliyinin təmin olunması və sorğuların analiz olunaraq vaxtında cavablandırılmasına dəstək verilməsi;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl edilməsi;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatılması;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Xarici dil: İngilis dili (səlis);
- Kompüter bilikləri: Microsoft Office.
Vakansiya haqqında
- Son tarix: Noyabr 17, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
https://jobs.glorri.az/vacancies/pashabank/pashabank-kredit-risklerinin-idare-edilmesi-sobesinin-ehtiyatlanma-qrupu-uzre-kicik-mutexe/apply müraciyət üçün link.
What's Your Reaction?