Rabitəbank vakansiya: Korporativ hüquq şöbəsinin rəisi / Rəis müavini.
“Rabitəbank” ASC, korporativ hüquq şöbəsinin rəisi / rəis müavini vəzifəsi üçün işə qəbul edir. Hüquqi sahədə karyera qurmaq istəyən, liderlik və analitik düşünmə qabiliyyətinə malik namizədlər üçün ideal şans.
Vəzifə Təsviri
“Rabitəbank” ASC Hüquq Departamentinin Korporativ Hüquq Şöbəsinin rəisi / Rəis müavini vəzifəsinə işə qəbul elan edir. Bu vəzifə üzrə əsas öhdəliklər aşağıdakılardır:
- Bankın fəaliyyətində qanunvericiliyə riayət olunmasını və hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək;
- Bankın fəaliyyətində meydana çıxan bütün hüquqi məsələlər üzrə rəylərin hazırlanmasını təmin etmək;
- Bankın idarəetmə orqanlarının qərarlarının (əmrlərinin) və digər normativ sənədlərin layihələrinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair rəylərin verilməsini təmin etmək;
- Rəhbərliyin göstərişi əsasında Bankın hüquqi işlərinə aid bütün növ sənədlərin hazırlanması, mütəmadi yoxlanılması və yazılmasını təmin etmək;
- Bankın müvafiq struktur bölmələrinə pretenziya işində hüquqi yardımın göstərilməsi, iddia materiallarının hazırlanması və məhkəmə orqanlarına təqdim edilməsinə təşkil edilməsində hüquqi dəstək vermək.
Tələblər
- Ali hüquqi (magistraturanı bitirən şəxslərə üstünlük verilir);
- Hüquq sahəsində iş stajı azı 4 il;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək. İngilis dilini bilən şəxslərə üstünlük verilir;
- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
- Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı;
- Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Müraciət
Son tarix: Noyabr 17, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
https://jobs.glorri.az/vacancies/rabitabank/rabitabank-korporativ-huquq-sobesinin-reisi-reis-muavini/apply müraciyət üçün link.
What's Your Reaction?