Paşa Bank vakansiya: Məlumat memarı axtarılır.

Paşa Bank-da Data Architect vakansiyası üçün müraciət edin! İnformasiya texnologiyaları sahəsində 5 il təcrübəsi olan mütəxəssislər axtarılır. Data sahəsindəki yeni texnologiyalar və yanaşmalarla maraqlanırsınızsa, bu rol sizin üçündür.

Nov 1, 2024 - 12:12
Nov 1, 2024 - 12:15
 0
Paşa Bank vakansiya: Məlumat memarı axtarılır.
Paşa Bank vakansiya: Məlumat memarı axtarılır.

Vəzifələr:

  • Data sahəsi üzrə müəyyən edilmiş yanaşmalara və təsdiq edilmiş siyasətlərə uyğun işlərin təşkili.
  • Yeni texnologiyaların və yanaşmaların araşdırılması, tətbiqi və davamlı yenilənməsinin təmin edilməsi.
  • Funksiyaya daxil olan sorğuları təhlil etmək, lazımi məlumatları əldə etmək və müvafiq proseslərə uyğun icrasını təmin etmək.
  • Müvafiq hesabatların hazırlanması və təhlil nəticələrinin əlaqəli tərəflərlə paylaşılması.
  • Qəbul olunmuş proyektlərdə Data istiqamətinə aid olan hissələrdə konsultasiya verilməsi və lahiyənin uğurlu bitməsi üçün addımların atılması.
  • Məlumat mübadiləsi üçün sistemlər arası integrasiyaların data arxitektura dizaynının hazırlanması və tətbiqinə nəzarət.

Tələblər:

  • Təhsil: İnformasiya texnologiyaları, Kompüter elmləri və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
  • Xarici dil: İngilis dili, Rus dili (arzuolunan).
  • Kompüter bilikləri: Microsoft Office, Visio, Archimate.
  • Metodologiya/yanaşmalar üzrə biliklər: İT İdarəetmə üzrə standartlar, Agile methodology.
  • Yüksək həcmdə məlumatların emalı və saxlanılması üçün sistemlərin dizaynı, integrasiya və yaradılması üzrə təcrübə.
  • DWH, Data Lake, Data Lakehouse tipli sistemlərin yaradılması və istismarı üzrə təcrübə.
  • Məlumat Modelinin yaradılması və dizaynı.
  • Müxtəlif məlumat formatları ilə iş təcrübəsi (Avro, Parquet, Protobuf, ORC).
  • OLTP / OLAP / ETL / ELT prosesləri ilə iş təcrübəsi.
  • RDBMS, NoSQL tipli məlumat bazaları ilə iş təcrübəsi.
  • Bulud texnologiyaları ilə iş təcrübəsi (AWS, Google Cloud, Azure).
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları.

Son tarix: Noyabr 27, 2024

Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow