Azərbaycan Hava Yolları vakansiya: Daxili audit idarəsinin Auditoru axtarılır.
"Azərbaycan Hava Yolları" QSC-nin Daxili Audit İdarəsində Auditor vəzifəsi üzrə işə qəbul elan edilib. Daxili audit yoxlamaları, audit prosedurları və metodologiyaları üzrə təcrübə tələb olunur.
Vəzifə öhdəlikləri:
- Daxili audit idarəsinin rəisinin tapşırıqlarına uyğun olaraq audit yoxlamaları, məsləhət layihələri və tədbirlər planının monitorinqini icra etmək.
- Layihələrdə qrup üzvü olaraq, qrup rəhbərinin verdiyi tapşırıqları Daxili Audit Metodologiyasına uyğun həyata keçirmək.
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlığını qiymətləndirmək üçün audit prosedurlarını icra etmək.
- Azərbaycan qanunvericiliyi və Daxili Audit Metodologiyasına uyğun olaraq audit sübutlarını sənədləşdirmək və təqdim olunan sənədlərin qorunmasını təmin etmək.
Tələblər:
- Ali təhsil.
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- Yüksək analitik təhlil, ünsiyyət və komanda ilə işləmək bacarıqları.
- CIA, ACCA kimi peşə kvalifikasiyalarına sahib olmaq üstünlükdür.
- MS Word, Excel, PowerPoint, Outlook proqramları ilə sərbəst işləmək bacarığı.
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla).
İş şəraiti:
- İş qrafiki: həftənin 5 günü, 09:00-dan 18:00-dək.
- Şənbə və bazar qeyri-iş günləridir.
- Nəqliyyat şirkət tərəfindən təmin olunur.
- İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Son müraciət tarixi: 12 Oktyabr 2024
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Vakansiya növü: Tam ştat
Daxili audit idarəsinin Auditoru vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 oktyabr 2024 il.
What's Your Reaction?