Paşa Bank vakansiya: Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis.
Paşa Bank, Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vakansiyasını elan edir. Bu vəzifə risklərin aşkarlanması, prioritetlərin müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanmasını əhatə edir.
Vəzifələr:
- Bütün risklərin və hadisələrin aşkarlanması, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunmasının təmin edilməsi;
- Bankın yeni və mövcud sənədlərinə və məhsulların qiymətləndirilməsi, potensial qeyri-maliyyə riskinin baş vermə ehtimalının yoxlanılması;
- Müvafiq hesabatların (departament daxili və idarə etmə hesabatları) hazırlanmasına nəzarət və rəhbərliyə göndərilməsi;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl edilməsi, iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması;
- Daxili zərər (realised loss) bazasının hazırlanması, gözlənilən itkilərin hesablanması.
Tələblər:
- Təhsil: Məzun;
- İş təcrübəsi: Bank və ya BOKT təcrübəsi, minimum 2-3 il;
- Biliklər: Bankın Əsas Sistemlərin işləmə prinsipləri, Mərkəzi Bankın qaydaları, Kart Sistemlərinin işləmə prinsipləri, Risklərin qiymətləndirilməsi üzrə biliklər, Nəzarət mexanizmlərin effektivliyin yoxlanılması üzrə biliklər, Bankların məhsulları (kredit, depozit) üzrə bilik;
- Dil bilikləri: Azərbaycan dilində səlis yazmaq və danışıq bacarığı, İngilis dili (upper-intermediate arzuolunan);
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel, PowerPoint).
Son müraciət tarixi: 31 Oktyabr 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
https://jobs.glorri.az/vacancies/pashabank/pashabank-qeyri-maliyye-risklerinin-idare-edilmesi-sobesinde-insidentlerin-idare-edilmesi-uzre-/apply müraciyət üçün link.
What's Your Reaction?