Paşa Bank vakansiya: Qeyri-Maliyyə Risklərinin İdarə Edilməsi şöbəsinin İnsidentlərin İdarə Edilməsi istiqaməti üzrə Mütəxəssis.

Paşa Bank Qeyri-Maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi istiqamətində mütəxəssis axtarır. Əməliyyat riskləri, daxili audit və risk göstəricilərinin təhlili sahəsində təcrübəsi olan şəxslər müraciət edə bilərlər. İş tam ştatdır və 2 il bank təcrübəsi tələb olunur.

Nov 5, 2024 - 13:31
Nov 5, 2024 - 13:33
 0
Paşa Bank vakansiya: Qeyri-Maliyyə Risklərinin İdarə Edilməsi şöbəsinin İnsidentlərin İdarə Edilməsi istiqaməti üzrə Mütəxəssis.
Paşa Bank vakansiya: Qeyri-Maliyyə Risklərinin İdarə Edilməsi şöbəsinin İnsidentlərin İdarə Edilməsi istiqaməti üzrə Mütəxəssis.

İşin Məzmunu (Vəzifələr):

  • Bütün maraqlı tərəflərə, 1-ci müdafiə xəttinə, risk koordinatorlara vaxtında dəstək göstərmək.
  • Bankda baş verən bütün riskləri və hadisələri aşkarlamaq, ilkin diaqnozu qoymaq və prioritetlərini effektiv şəkildə müəyyənləşdirib ardıcıl tətbiq etmək, həmçinin bu hadisələri risk reyestrinə əlavə etmək.
  • Bankın yeni və mövcud sənədlərini və məhsullarını nəzərdən keçirərək, potensial qeyri-maliyyə risklərinin baş vermə ehtimalını qiymətləndirmək.
  • Əməliyyat riskləri ilə əlaqəli daxili audit nəticələrinin araşdırılmasında iştirak etmək və tapşırıqları yerinə yetirmək.
  • Xidmət proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyələr vermək və ən yaxşı təcrübələri araşdırmaq.
  • Risk və insident idarəetmə sahəsində əsas risk göstəricilərinin qeyd olunmasından və hədəflərə çatılmasından əmin olmaq.
  • Bankın fəaliyyətinin davamlı monitorinqi və qeyri-maliyyə risklərinin baş vermə ehtimalının təhlili.
  • Departament daxilində və idarəetmə hesabatlarını hazırlamaq.
  • Risk Sağlamlıq İndeksinin (RHI) artması üzrə təkmilləşdirmələrə dəstək olmaq.
  • Risklərin və nəzarət mexanizmlərinin özünü qiymətləndirmə (RCSA) prosesində iştirak etmək.
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Təhsil: Ali təhsil (mövzu üzrə təhsilin olması üstünlük təşkil edir).
  • İş Təcrübəsi: Bank və ya BOKT təcrübəsi minimum 2 il.
  • Daxili Audit və Daxili Nəzarət, Əməliyyat Riskləri İdarəetməsi sahəsində təcrübə üstünlük təşkil edir.
  • Lisenziya / Sertifikat: Üstünlük verilir.
  • Xarici Dillər: İngilis dili (upper-intermediate), Rus dili (arzuolunan).
  • Kompüter Bilikləri: Microsoft Office (Word, Excel, PowerPoint).
  • Məhsul üzrə Biliklər: Kart Sistemləri, Flexcube və digər Əsas Bank sistemləri.
  • Bazar üzrə Biliklər: Bank və ya BOKT sahəsində biliklər.
  • Başqa Tələblər: Əməliyyat riskləri, Basel II tələbləri, Mərkəzi Bank tələbləri, başlanğıc səviyyədə İT bilikləri.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow