Paşa Bank vakansiya: Satışın təhlili üzrə Mütəxəssis.
Paşa Bank-da Satışın təhlili üzrə mütəxəssis vakansiyası. Satışın təhlili və analitika sahəsində təcrübəli mütəxəssis axtarılır. İqtisadiyyat, biznes idarəetməsi sahələrində bakalavr təhsili və 3 ilədək iş təcrübəsi tələb olunur. Müraciət edin!
Vəzifə öhdəlikləri:
- Satış planının hazırlanmasında rəhbərliklə birgə iştirak etmək və satış komandalarına məlumatların ötürülməsi.
- Seqmentlər üzrə strateji və kommersiya planlarının hazırlanmasına dəstək vermək.
- Kommersiya planı üzrə reportların hazırlanması və satış, portfel və NPL analitikasının aparılması.
- Satış komandalarının performansının təhlili və satış fəaliyyətinin səmərəliliyinin analitikasının aparılması.
- Müştəri məlumatlarının dəqiqliyinin təmin edilməsi.
- Satış bloku üçün kalkulyatorun hazırlanması və təkmilləşdirilməsi.
- DWH bazasından çıxarılan məlumatların düzgünlüyünün yoxlanılması.
Tələblər:
- Bakalavr təhsili (müvafiq istiqamət üzrə).
- 3 ilədək iş təcrübəsi.
- Xarici dillər: İngilis və Rus dili.
- Kompüter bilikləri: Microsoft Office.
- Riyazi biliklər və Data bazası ilə işləmək bacarığı.
- SQL və Python üzrə biliklər (üstünlük verilir).
- İT arxitekturası və infrastrukturu barədə biliklər.
- Şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı, güclü ünsiyyət bacarıqları.
Vakansiya haqqında
Son müraciət tarixi: yanvar 12, 2025
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Əgər siz də Paşa Bankda Satışın təhlili üzrə mütəxəssis olaraq karyeranızı növbəti səviyyəyə daşımaq istəyirsinizsə, müraciət edin!
What's Your Reaction?