Paşa Bank vakansiya: Son İstifadəçilərə Dəstək üzrə Baş Mütəxəssis.

Paşa Bank-da Son İstifadəçilərə Dəstək üzrə Baş Mütəxəssis vakansiyası. Müştəri şikayətlərini vaxtında cavablandırmaq, təlimlər vermək və texniki dəstək sistemləri ilə bağlı işləri prioritetləşdirmək üçün müraciət edin.

Oct 5, 2024 - 13:16
Oct 5, 2024 - 13:18
 0
Paşa Bank vakansiya: Son İstifadəçilərə Dəstək üzrə Baş Mütəxəssis.
Paşa Bank vakansiya: Son İstifadəçilərə Dəstək üzrə Baş Mütəxəssis.

İş Təsviri

Son İstifadəçilərə Dəstək üzrə Baş Mütəxəssis olaraq, aşağıdakı vəzifələri yerinə yetirməlisiniz:

  • Service Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuları vaxtında cavablandırmaq və həll etmək;
  • Gündəlik müştəri şikayətlərini sorğularını qeydiyyata almaq, onlara nəzarət etmək və həll etmək;
  • Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan iş ilə əlaqəli sorğulara baxılmasını prioritetləşdirmək;
  • İşin proqresinə nəzarət etmək və müştəriləri işin tamamlanması haqqında məlumatlandırmaq;
  • Hesabatlar hazırlamaq və ehtiyac olduğu təqdirdə texniki dəstəklə bağlı məlumatları analiz etmək;
  • Biznes istifadəçiləri üçün təlimlər vermək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.

Tələblər

Son İstifadəçilərə Dəstək üzrə Baş Mütəxəssis olmaq üçün aşağıdakı tələblərə cavab verməlisiniz:

  • Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Xarici dil: İngilis dili və Rus dili biliyi;
  • Kompüter bilikləri: Microsoft OS (Windows 10/11) və Mac OS (Ventura), MS Office; CompTiA və CCNA üstünlük verilir;
  • Məhsul biliyi: Texniki dəstək sistemi;
  • Bazar biliyi: İnzibati / texniki dəstək üzrə təcrübə;
  • Digər: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratmaq bacarığı.

Müraciət

Son tarix: Noyabr 13, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Son İstifadəçilərə Dəstək üzrə Baş Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 13 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow