Paşa Bank vakansiya: Texniki lider.
Paşa Bankda Tech Lead vakansiyası: Komanda idarəçiliyi, proqram təminatı mühəndisliyi və yüksək miqyaslı layihələrin idarə olunması üzrə təcrübəli rəhbər axtarılır. Yüksək texniki bacarıqlara sahib olmaq, müasir metodologiyaları tətbiq etmək və komanda üzvlərinə mentorluq etmək vacibdir.
İşin Təsviri:
- Komandada texniki rəhbərlik: Digər proqramçıları texniki olaraq idarə etmək, onlara yön vermək, inovativ həlləri təşviq etmək, kod standartları və müasir təcrübələri tətbiq etmək.
- Proqram təminatlarının idarə edilməsi: Yüksək miqyaslı proqram təminatlarının təhlükəsizliyi, dəyişikliyə açıq olması, düzgün idarə olunması tələblərini qorumaqla, düzgün arxitektural həllərin hazırlanması.
- Məhsul sahibləri ilə əməkdaşlıq: Layihənin həcmini və məqsədlərini müəyyənləşdirərək, layihənin vaxtında və düzgün təhvil verilməsini təmin etmək.
- Komanda inkişafı: Proqramçıların professional inkişafını dəstəkləmək, onlara mentorluq və kouçinq etmək.
- Texniki qərarların qəbul edilməsi: Kritik problemlərin həll edilməsində iştirak etmək, texniki həllər və strateji baxışlara dair müzakirələr aparmaq.
- Agile metodologiyaları: Agile işləmə yollarının təkmilləşdirilməsi və tətbiqi.
- Bulud həlləri və CI/CD: Bulud texnologiyalarının idarə edilməsi, CI/CD proseslərinin tətbiqi və optimallaşdırılması.
Tələblər:
- Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.
- İş təcrübəsi: Proqram təminatı mühəndisliyi sahəsində minimum 5 il təcrübə.
- Dil bilikləri: İngilis dilini yaxşı səviyyədə bilmək.
- Komputer bilikləri: Java, Kotlin, Golang, Python, Node.js, C# kimi dillərdən ən azı 2-ni mükəmməl bilmək. Şəbəkə protokolları, məlumat bazaları və CI/CD tətbiqləri üzrə yüksək səviyyədə biliklərə malik olmaq.
- Başqa tələblər: Əla ünsiyyət bacarıqları, liderlik, mentorluq və hesabat bacarığı. Bankçılıq təcrübəsi, təhlükəsizlik standartlarına hakim olmaq və geniş texniki biliklərə sahib olmaq üstünlükdür.
Vakansiya Haqqında:
- Son müraciət tarixi: 26 dekabr 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?