Azərbaycan Dəmir Yolları vakansiya: Elektrik qatar maşinist köməkçisi.
Elektrik qatar maşinist köməkçisi vakansiyası üzrə müraciət edin. Azərbaycan Dəmir Yolları Bakı şəhərində tam ştatla iş imkanı təqdim edir. Elektrik qatar maşinist köməkçisi vəzifəsi üçün tələblər və öhdəliklər barədə ətraflı məlumat əldə edin.
Vəzifə Öhdəlikləri:
- Hərəkətin təhlükəsizliyini təmin etmək, daşınan yüklərin saxlanmasını şərtsiz yerinə yetirmək;
- Qatarların idarə edilməsini və manevr işlərinin düzgün şəkildə yerinə yetirilməsini təmin etmək;
- Sərnişinlərin minib-düşməsi qaydalarına riayət etməklə keyfiyyətli xidmət göstərmək;
- Elektrik qatarına qulluq və texniki xidmət göstərmək, elektrik qatarının detallarına və aqreqatlarına nəzarət etmək;
- Qatarın hərəkətinə dair əmrlərin düzgün və vaxtında yerinə yetirilməsini təmin etmək;
- Maşinistlə və lokomotiv briqadası ilə əlaqəli işlərin yerinə yetirilməsi;
- Hərəkət zamanı təhlükəsizlik və radiorabitə qurğularının işini yoxlamaq və onların vəziyyətinə nəzarət etmək;
- Avadanlıqların, alətlərin və fərdi mühafizə vasitələrinin saz vəziyyətdə saxlanması;
- Qatarın təhvil-təslim zamanı inventarların yoxlanılmasına nəzarət etmək.
Tələblər:
- Elektrik qatar maşinist köməkçisi ixtisası üzrə peşə təhsili;
- Elektrik qatar maşinist köməkçisi vəsiqəsinin olması;
- Qatarların idarə edilməsi üzrə nəzəri və praktiki biliklər;
- Qatarların texniki parametrlərinə uyğun olaraq idarə edilməsi, təhlükəsizlik qaydalarına riayət edilməsi, nasazlıqların aşkarlanması və aradan qaldırılması bilikləri;
- SƏTƏM üzrə biliklər;
- Diqqətlilik və peşəkar ehtiyatlılıq.
İş Şərtləri:
- Tam ştat;
- Müvafiq sahə üzrə təhsil və iş təcrübəsi olan namizədlər üçün;
- Əmək haqqı və digər iş şərtləri müsahibə əsasında müəyyən ediləcəkdir.
Son müraciət tarixi: 12 yanvar 2025
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Elektrik qatar maşinist köməkçisi" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 12 dekabr 2024.
What's Your Reaction?