PAŞA Life Insurance vakansiya: Biznes analitik axtarılır.

Bu vakansiya, Biznes Analitik vəzifəsi üçün tələbləri və öhdəlikləri əhatə edir. Proseslərin analizi, optimizasiya və müştəri yönümlü yanaşmaların tətbiqi sahələrində iş imkanları təqdim edir. Əgər siz analitik düşüncə qabiliyyətinə sahibsinizsə, bu şansdan istifadə edin!

Sep 23, 2024 - 11:08
Sep 23, 2024 - 11:11
 0
PAŞA Life Insurance vakansiya: Biznes analitik axtarılır.
PAŞA Life Insurance vakansiya: Biznes analitik axtarılır.

Vəzifə Öhdəlikləri

  • Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması.
  • Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması (data və xərclərin təhlili, prioritetlərə təsir edəcək məqamların müəyyən edilməsi, məlumatların maraqlı tərəflərlə razılaşdırılması).
  • Proseslərdəki dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə anlaşılan formada ötürülməsi (user story-lərin yazılması), test case-lərin yazılması və user acceptance testlərin həyata keçirilməsi.
  • Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi.
  • Proseslərin effektivliyinin ölçülməsi.
  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması).
  • Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi.
  • Proses riskləri ilə bağlı kök səbəb təhlillərinin aparılması, fəaliyyət planının hazırlanması, deadlineların izlənilməsi.
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi.

Namizədə Olan Tələblər

  • İş təcrübəsi: Biznes analitik kimi 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment, İT ixtisası üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta.
  • Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyini anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar.
  • Kompüter bilikləri: MS Office: əla.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq.

İmtiyazlar

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Biznes analitik vakansiyası ilə maraqlananlar CV-lərini PAŞA Life Insurance-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow