GATEWAY MANAGEMENT LOGISTICS Ivakansiya: Çağrı Mərkəzi Operatoru axtarılır.
Gatevay Management şirkəti çağrı mərkəzinə xanım işçi tələb edir. Müştəri xidməti sahəsində işləmək istəyənlər üçün ideal imkandır. Vakansiyaya müraciət üçün tələbləri öyrənin və CV-nizi göndərin.
İş Barədə Məlumat
Vəzifələr:
- Gündəlik müştərilərin sənədlərini qəbul etmək və onları sistemə daxil etmək
- Telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi
- Daxil olan və göndərilən sənədlərlə iş (qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi)
- Sənədlərin hazırlanması
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirmək
Maaş: 500-800 AZN
İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Namizədə Tələblər
- Yalnız xanım namizədlər
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili mütləqdir
- Təcrübə: 1 ildən yuxarı
- Yaş həddi: 20-30
- MS Office proqramlarını bilmək və internetdən istifadə edə bilmək
- Səliqəli, punktual, xoş görünüşlü
- Məsuliyyətli, verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirən
- Səlist ünsiyyət qurmaq və komandada işləmək bacarığı
Müraciət
Zəhmət olmasa, tələblərə uyğun olan namizədlər yalnız şəkilli CV-lərini sonay.calis@gateway.com.tr email ünvanına göndərsinlər. Hansı vakansiya növünə müraciət olunduğunu mütləq qeyd edin.
What's Your Reaction?