Paşa Malls vakansiya: Elektrik (Amburan Mall).
Paşa Malls, Bakıdakı Amburan Mall üçün elektrikçi axtarır. İş üçün elektrik mühəndisliyi təhsili, elektrik sertifikatı və minimum 5 il iş təcrübəsi tələb olunur. Elektrik işlərinin standartlara uyğun yerinə yetirilməsi, avadanlıqların yoxlanılması və təmiri vacibdir.
Elektrik (Amburan Mall)
Şirkət: Pasha Malls
Ünvan: 153 Neftçilər Prospekti, Bakı 1010, Azərbaycan
İş Növü: Tam ştat
Son Müraciət Tarixi: 11-11-2024
Əmək Haqqı: 735 AZN
Təsvir
- Nəzarətçilər tərəfindən tələb edilən bütün elektrik işləri ilə bağlı tapşırıqları standartlara uyğun olaraq aparmaq.
- Bütün elektrik paylayıcı qurğuların və paylayıcı şəbəkələr və sistemlərinin yoxlanılması, təmizlənməsi, texniki baxışdan keçirilməsi və təmiri.
- Elektrik işıqlandırıcıları və flüoresent lampalarını dəyişdirmək.
- Bütün işıqlanandırıcı cihazları, projektorları, neon işarələrini və qəza işıqlandırılma alətlərini quraşdırmaq, yoxlamaq, texniki baxışını həyata keçirmək və təmir etmək.
- Qəza hallarında istifadə edilən elektrik enerjisi və adi enerji təminatı sistemlərinin texniki baxışı.
- Elektrik motorları və nəzarət nöqtələrinin xidmətə verilməsi.
- Bütün elektrik avadanlıqlarının üzərində profilaktik işlər aparmaq.
- İşdə bütün SƏTƏMM norma və qaydalardan agah olmaq və onlara riayət etmək.
- İş yerini, habelə yerinə yetirdiyi tapşırıqlardan sonra ətrafı təmizlikdə saxlamaq.
- Uniformanı təmiz saxlamaq.
- Qəza hallarında yuxarıda təsvir edilən vəzifə öhdəliklərindən kənar tələb edilən tapşırıqları yerinə yetirmək.
Tələblər
- Texniki/Elektrik təhsili.
- Etibarlılıq müddəti qüvvədə olan elektrik sertifikatı.
- Elektrik kimi ən azı 5 il iş təcrübəsi.
- Elektrik sistemləri, naqillər və bütün zəruri avadanlıqlar haqqında geniş biliklərə sahib olmaq.
- Planları və texniki çertyojları oxumağı bacarmaq.
- Əl alətləri və elektrik alətləri ilə işləmə bacarığı.
- Dövlət tələbləri və şirkətin təhlükəsizlik qaydaları ilə tanış olmaq.
Elektrik (Amburan Mall) vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Mallsa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 11 noyabr 2024 il.
What's Your Reaction?