PMD Group vakansiya: Aparıcı mexanika mühəndisi axtarılır.

PMD Group MMC, Bakı şəhərində aparıcı mexanika mühəndisi axtarır. Mexanika mühəndisi vakansiyası, layihələndirmə, analitika və texniki dəstək üzrə geniş imkanlar təqdim edir. İddialı namizədlər üçün müvafiq sahədə minimum 5 illik iş təcrübəsi tələb olunur. Müraciət etməyi unutmayın!

Sep 24, 2024 - 11:43
Sep 24, 2024 - 11:45
 0
PMD Group vakansiya: Aparıcı mexanika mühəndisi axtarılır.
PMD Group vakansiya: Aparıcı mexanika mühəndisi axtarılır.

İş Təsviri

PMD Group MMC, Bakı, Azərbaycan yerləşən Port Baku Towers-da aparıcı mexanika mühəndisi axtarır. İşin əsas vəzifələri aşağıdakılardır:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək.
  • Layihələndirmədə mexanik sistemlərin məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq, layihəçiləri bu tələblərə istiqamətləndirmək.
  • Mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək.
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərərək layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək.
  • Layihənin tender prosesinə texniki dəstək vermək, mexanik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək.
  • İstehsalatın mexanik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq və büdcə ilə xərclərinin optimallaşdırılması üçün təkliflər vermək.
  • Mexanika üzrə sənədlərin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və məlumat mübadiləsinin müvafiq qaydalara uyğun olaraq həyata keçirilməsini təmin etmək.
  • Layihələndirmə müddətlərinin mexanik hissəsinin təyin edilməsi ilə bağlı müvafiq məsləhətləri vermək və İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq.

Tələblər

  • Mexanika sahəsi üzrə ali təhsil.
  • Müvafiq sahə üzrə sifarişçi olaraq azı 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi.
  • Tikinti normativ sənədləri (AzDTN, EN, SNIP, ASHRAE, SMACNA, NFPA) barədə biliklər.
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı.
  • Kompüter bilikləri: MS Office, AutoCAD.
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı; daim inkişafa yönümlü olmaq.

 Aparıcı mexanika mühəndisi vakansiyası ilə maraqlananlar CV-lərini PMD Groupa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow