Paşa Bank vakansiya: Hüquqi Məsələlər şöbəsinin Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis.
Paşa Bank, Hüquqi Məsələlər şöbəsinin Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis vakansiyası üçün müraciət qəbul edir. Hüquq ixtisası üzrə bakalavr dərəcəsinə sahib, 3 il peşəkar təcrübəyə malik mütəxəssisləri gözləyirik.
İş Təsviri
İşiniz nədən ibarətdir?
- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması.
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması.
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması.
- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması.
- Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması.
- Bankın məhsullarının hüquqi ekspertizası.
- Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi.
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması.
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması.
- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə Bankın əməkdaşlarının təlimatlandırılması.
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması.
- Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi.
- Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il peşəkar hüquqşünas təcrübəsi.
- Xarici dillər: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dilləri (arzuolunan).
- Kompüter bilikləri: Microsoft Office.
- Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi.
- Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları; planlaşdırma və təşkilatçılıq bacarıqları; tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; qərarları dəqiq vermək bacarığı; tədqiqat, araşdırma və analitik bacarıqlar.
Hüquqi Məsələlər şöbəsinin Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?