PMD Group vakansiya: Texniki nəzarət üzrə mühəndis.

PMD Group MMC, tikinti və daşınmaz əmlak sahəsində "Texniki Nəzarət üzrə Mühəndis" vakansiyası üçün işçi axtarır. 10 il iş təcrübəsi olan mühəndislər üçün mükəmməl fürsət!

Sep 30, 2024 - 12:02
Sep 30, 2024 - 12:04
 0
PMD Group vakansiya: Texniki nəzarət üzrə mühəndis.
PMD Group vakansiya: Texniki nəzarət üzrə mühəndis.

Vəzifələr:

  • Baş planın Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını təmin etmək.
  • Şəhər şəbəkələrinin balans sahiblərindən kommunal şəbəkələrin qoşulması üçün texniki şərtlərin alınmasını təmin etmək.
  • Sifarişçi tərəfindən layihə sənədlərinin operativ şəkildə dövlət ekspertizası və şəhərsalma orqanları ilə təsdiq edilməsi üçün qarşılıqlı əlaqə qurmaq.
  • Tikintiyə icazə almaq üçün rəsmi qurumların nümayəndələri ilə əlaqə saxlamaq.
  • Tender prosedurlarına uyğun texniki sənədlərin hazırlanması.
  • Smeta sənədlərinin layihəyə uyğunluğunun yoxlanılması.
  • Tikinti işlərinin layihə cizgilərinə və smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarət.
  • Tikinti sahəsinin koordinat planının, istinad oxlarının ofsetinin yoxlanılması.
  • Tikinti quraşdırma işlərinin aparılması və laboratoriya sınaq prosedurlarının həyata keçirilməsi.
  • Layihədə nəzərdə tutulmuş kommunikasiya xətlərinin sınaqdan keçirilməsi.
  • Xarici kommunikasiya xətlərinin texniki şərtlərə uyğun quraşdırılmasına nəzarət.
  • Vaxt planına əsasən tikinti işlərinin həyata keçirilməsinə nəzarət.
  • Gecikmə hallarında təhlil etmək və tədbir planı hazırlamaq.
  • Mərhələli ödəniş sənədləri üzrə iş həcmlərinə nəzarət.
  • Tikinti quraşdırma işlərinin təsdiqlənmiş vaxt planına əsasən tamamlanması.
  • Layihə smeta sənədlərinə uyğun materialların təchizatına nəzarət.
  • Tikinti sahəsində SƏTƏM qaydalarına riayət olunmasına nəzarət.
  • Kritik riskləri əvvəlcədən təyin etmək və tədbirlər planı hazırlamaq.
  • Baş podratçı və sifarişçi arasında əlaqələri koordinasiya etmək.
  • Quraşdırılmış kommunal şəbəkələrin keyfiyyətinin yoxlanılması.
  • Elektrik laboratoriyasının çağırılması və sınaqların keçirilməsi.
  • Suqəbuledici qurğuların işə salınması.
  • Yanğın siqnalı və digər sistemlərin yoxlanılması.
  • Tamamlama işlərinin keyfiyyətinin normativ tələblərə uyğun sənədləşdirilməsi.
  • Müfəttişlərin obyektin son istifadəyə qəbulunda iştirak.

Tələblər:

  • Ali təhsil (inşaat mühəndisi sahəsi üzrə).
  • Müvafiq sahədə minimum 10 il iş təcrübəsi.
  • Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır.
  • Kompüter bilikləri: MS Office, MS Project, Auto CAD.

Texniki nəzarət üzrə mühəndis vakansiyası ilə maraqlananlar CV-lərini PMD Groupa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow