PMD Projects vakansiya: Sahə rəisi axtarılır.
PMD Projects MMC, Şamaxı şəhərində "Sahə rəisi" vakansiyası üçün mütəxəssis axtarır. Ali təhsilli, tikintinin idarə edilməsi sahəsində təcrübəsi olan, ingilis dili bilən və mükəmməl ünsiyyət bacarıqlarına sahib şəxslərin müraciət etmələri gözlənilir.
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş layihələrdə hazırlıq, tikinti-quraşdırma, bərpa, təmir, buraxılış-sazlama və istismara təhvil işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olaraq həyata keçirilməsi;
- İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində iştirak, tələb olunan sənədlərin tərtib edilməsi;
- Tikintinin başlanması üçün lazım olan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda tədbirlər görmək;
- Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkil etmək, işlərin vaxt cədvəlinə nəzarət etmək;
- Sahə mühəndislərinə rəhbərlik etmək, tapşırıqları müəyyənləşdirmək və fəaliyyətlərini əlaqələndirmək;
- Müqavilə əsasında podrat təşkilatlarının fəaliyyətini əlaqələndirmək, icra olunan işləri qəbul etmək;
- İşlərin icrası üzrə müvafiq jurnalları və aidiyyəti sənədləri hazırlamaq, texniki icra sənədlərini tərtib etmək;
- Tikinti sahələrində işlərə nəzarət etmək, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək;
- Tikinti layihələrinin təqvim planlarına riayət edilməsinə, keyfiyyətin artırılmasına nəzarət etmək;
- İstifadə olunan material, avadanlıq və konstruksiyaların standartlara uyğunluğunu yoxlamaq;
- Şəhərsalma və tikinti sahəsinə dair normativlərə uyğun sənədləri tərtib etmək;
- Aşkarlanan qüsurların aradan qaldırılması, işlərin gecikmə və keyfiyyət problemlərinin araşdırılması;
- Müvafiq hesabatların hazırlanması üçün məlumat təqdim etmək;
- Xidməti borcunu vaxtında yerinə yetirmək, ixtisasını təkmilləşdirmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ-hüquqi aktlara riayət etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil: İnşaat mühəndisi ixtisası üzrə;
- İş təcrübəsi: Tikintinin idarə edilməsi sahəsində azı 7 il;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis – yaxşı, Rus – arzuolunandır;
- Bilgi: Tikinti normaları və layihə idarəedilməsi sahəsində biliklər;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Bacarıqlar: Yüksək ünsiyyət və idarəetmə bacarığı.
Vakansiya haqqında
Son tarix: Noyabr 6, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Tikinti və Daşınmaz əmlak
Sahə rəisi vakansiyası ilə maraqlananlar CV-lərini PMD Projectsa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 6 noyabr 2024 il.
What's Your Reaction?