Expressbank vakansiya: Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis- KOB kreditləri (Lənkəran filialı).
Expressbank ASC, Lənkəran filialında Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis vakansiyası üçün müraciət edin. KOB kreditləri sahəsində müştəri cəlbi və məhsul satışları ilə bağlı peşəkar təcrübənizi inkişaf etdirin.
Vəzifələr
- KOB müştərilərin Banka cəlbinin və məhsul satışının həyata keçirilməsi;
- Potensial müştərilərlə aparılan görüşlərin və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeydinin aparılması;
- Biznes məhsullar üzrə sifarişlərin qəbul edilməsi, müvafiq sənədlərin toplanması;
- Müvafiq limit çərçivəsində sifarişlərin təhlil edilməsi;
- Müştərilərin öhdəliklərinin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
- Mövcud müştəri portfelinə gündəlik nəzarət;
- Aylıq satış planlarının yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən az 6 ay iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti, rus/ingilis dili bilməsi arzuolunandır;
- Ünsiyyət qurma və komandada işləmək bacarıqları.
Vakansiya haqqında
- Son tarix: Oktyabr 29, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Satış və müştəri xidmətləri
İmtiyazlar
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis- KOB kreditləri (Lənkəran filialı) vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 oktyabr 2024 il.
What's Your Reaction?