Prime Cotton vakansiya: Layihə Meneceri axtarılır.

Prime Cotton şirkəti Layihə Meneceri vakansiyası ilə maraqlı tərəflərlə əlaqələri idarə edə biləcək, layihə idarəetmə təcrübəsi olan mütəxəssis axtarır. Layihə idarəetmə metodologiyaları, PMI sertifikatı və müvafiq sahə üzrə təcrübə tələb olunur. Əmək haqqı və iş şəraiti razılaşma əsasında. Bakı iş təklifləri.

Nov 9, 2024 - 10:51
Nov 9, 2024 - 10:53
 0
Prime Cotton vakansiya: Layihə Meneceri axtarılır.
Prime Cotton vakansiya: Layihə Meneceri axtarılır.

İşin Təsviri:

  • Layihənin gedişatının monitorinqi və layihə statusu hesabatlarının hazırlanması
  • Layihənin gedişatını idarə edərək, işlərin tələb olunan qaydalara uyğun şəkildə aparılması
  • Komanda üzvlərinin lazımi resurslarla təmin edilməsi üçün resursların planlaşdırılmasına dəstək göstərilməsi
  • Maraqlı tərəflərlə müntəzəm görüşlərin təşkil edilməsi və layihənin bütün mərhələlərində ünsiyyətin təşkili
  • Layihə rəhbəri ilə birgə layihə planı, büdcə, cədvəl və əhatə dairəsi kimi layihə idarəetmə sənədlərinin hazırlanması
  • Onlayn sistemlər vasitəsilə tapşırıqların idarə edilməsi və qeydiyyatının aparılması
  • PMI metodologiyalarına uyğun olaraq layihələrin idarə edilməsi, kadrların idarə edilməsi və risklərin qiymətləndirilməsi
  • Görülən işlərin düzgün uçotunun aparılması və rəhbərliyin verdiyi digər tapşırıqların icrası

Tələblər:

  • Təhsil: Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat, sənaye mühəndisliyi və ya digər əlaqəli sahələrdə)
  • Sertifikatlar: PMI və PMP sertifikatları arzuolunandır
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərində səlis ünsiyyət bacarığı
  • İş təcrübəsi: Minimum 2 il layihə idarəetməsi sahəsində təcrübə
  • Texniki bacarıqlar:
    • MS Office proqramları
    • MS Project və ya Primavera layihə idarəetmə proqramları
  • Əlavə üstünlüklər:
    • Aqrar sahədə təcrübə
    • Rəqəmsal layihələrin idarə edilməsi üzrə təcrübə
    • PMI metodologiyasına uyğun iş bacarığı
    • Analitik düşüncə və insanlarla işləmək bacarığı

Əlavə Məlumatlar:

  • Əmək haqqı: Razılaşma əsasında
  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:30 – 18:30
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center
  • Əlavə Faydalar: Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin edilir

Son müraciət tarixi: Dekabr 7, 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow