Prime Cotton vakansiya: Monitorinq operatoru.

Prime Cotton şirkətində monitorinq operatoru vakansiyası üzrə müraciət qəbul edilir. Təhlükəsizlik kameralarının idarə edilməsi, sistemlərin texniki xidmət və təhlili üzrə iş təcrübəsi olan şəxslər müraciət edə bilər. Kamera və müşahidə sistemləri, HikCentral proqramı ilə iş təcrübəsi və İT bilikləri üstünlükdür.

Nov 19, 2024 - 14:10
Nov 19, 2024 - 14:12
 0
Prime Cotton vakansiya: Monitorinq operatoru.
Prime Cotton vakansiya: Monitorinq operatoru.

Vəzifə Öhdəlikləri:

  • Filial və məntəqələrdə quraşdırılmış təhlükəsizlik və müşahidə kameralarının işinə monitorlar vasitəsilə nəzarət etmək.
  • Kamera və müşahidə sistemlərinin düzgün işləməsini təmin etmək və monitorinqin effektivliyini yüksəltmək.
  • Kamera və təhlükəsizlik sistemlərinin qurulması, quraşdırılması, konfiqurasiyası və texniki xidmət göstərilməsi.
  • Sistemdə yaranan texniki problemləri aşkarlamaq və onları müstəqil şəkildə aradan qaldırmaq.
  • Gözətçi məntəqələrində və filiallarda baş verən hadisələri vaxtında aşkar edib təhlükəsizlik şöbəsinə bildirmək.
  • Kamera sistemləri ilə bağlı arxiv materiallarının saxlanılması, düzgün qeyd olunması və təhlil edilməsi.
  • Təhlükəsizlik şöbəsi ilə əməkdaşlıqda təhlükəsizlik risklərinin qiymətləndirilməsi və monitorinq sistemlərinin optimallaşdırılması.
  • Kamera sistemləri ilə bağlı işçilərin təlimatlandırılması və onların bilik və bacarıqlarının artırılması istiqamətində işlərin aparılması.
  • Digər monitorinq operatorlarının təlimatlarının düzgün təşkil edilməsi və onların nəzarətə götürülməsinin təmin edilməsi.
  • Müşahidə və əməliyyat məlumatlarının təhlili, hesabatların hazırlanması və qərar qəbul etmə prosesinə dəstək vermək.

Əlavə Məlumat:

  • Əmək haqqı: Razılaşma əsasında.
  • Təminatlar: Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur.
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Tələblər:

  • Ali təhsil.
  • Kamera və müşahidə sistemlərinin qurulması və idarə olunması sahəsində ən azı 1-3 il iş təcrübəsi.
  • HikCentral və digər müşahidə proqram təminatları ilə iş təcrübəsi.
  • İT və şəbəkə sistemlərinin konfiqurasiyası və texniki problemlərin həlli üzrə bilik və bacarıqlar.
  • Analitik düşüncə tərzi və məlumatların təhlili bacarığı.
  • Əməliyyat analitikası sahəsində təcrübə üstünlükdür.
  • Azərbaycan dilini səlis bilmək, ingilis və rus dili arzuolunandır.
  • MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək.

Vakansiya Son Tarixi: 29 dekabr, 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow