Rabitəbank vakansiya: Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Mütəxəssis.

Rabitəbankda Bank Sistemlərinin Təhlükəsizliyi Şöbəsi üçün Mütəxəssis/Aparıcı Mütəxəssis vakansiyası elan edilib. İnformasiya təhlükəsizliyi, Risk İdarəçiliyi və GRC sahəsində təcrübəsi olan namizədlər üçün iş imkanı. ISO 27001, NIST, PCI DSS bilikləri olan şəxslər müraciət edə bilər.

Nov 5, 2024 - 11:45
Nov 5, 2024 - 11:47
 0
Rabitəbank vakansiya: Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Mütəxəssis.
Rabitəbank vakansiya: Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Mütəxəssis.

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi sahəsində siyasət, qayda və prosedurların hazırlanması.
  • İnformasiya təhlükəsizliyi sənədlərinin aktuallığının təmin edilməsi və daim nəzarət altında saxlanması.
  • İstifadəçilər və ya sistemlərə verilən access (giriş) hüquqlarının qiymətləndirilməsi və optimallaşdırılması.
  • İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və onların azaldılması üçün tövsiyələrin hazırlanması.
  • İnformasiya təhlükəsizliyi tələblərinə uyğunluğun pozulması hallarının aşkar edilməsi və araşdırılması.
  • SWIFT sistemində "Security Officer" rolu ilə bağlı öhdəliklərin yerinə yetirilməsi.
  • Security Awareness təlimlərinin təşkil edilməsi və əməkdaşlara təhlükəsizlik məsələləri barədə maarifləndirmə.
  • Kənar auditlərə hazırlıq və audit zamanı koordinasiyalı işin təşkili.
  • DLP sistemi vasitəsilə məlumat sızmalarının qarşısının alınması.

Tələblər:

  • Əlaqəli sahədə ali təhsil.
  • İnformasiya təhlükəsizliyi sahəsində ən azı 2 illik iş təcrübəsi.
  • ISO 27001, NIST CSF 2.0, PCI DSS kimi beynəlxalq təhlükəsizlik standartları üzrə ətraflı biliklər.
  • İT sistemlərŞəbəkə təhlükəsizliyi üzrə biliklər.
  • Active Directory, DNS, GPO, verilənlər bazası, web servislər və digər təməl biliklər.
  • DLP sistemləri üzrə biliklər.
  • Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olmaq.
  • CISA, CRISC, ISO 27001 Lead Implementer, Comptia Security+ və digər uyğun beynəlxalq sertifikatlar arzuolunandır.
  • Azərbaycanİngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək; Rus dili biliyi arzuolunandır.
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı.
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı.

Biz nə təklif edirik:

  • Peşəkar inkişaf və təlimlər.
  • Dinamik və yaradıcı komanda ilə əməkdaşlıq.
  • Əmək haqqı və mükafatlandırma sistemi.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow