Rabitəbank vakansiya: Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis.
"Rabitəbank" ASC, Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/Ekspert vakansiyası ilə karyera imkanları təqdim edir. İş öhdəlikləri arasında partnyorların cəlb olunması, bazar araşdırması, reklam materiallarının hazırlanması və hesabatların təqdim edilməsi yer alır.
Vəzifə öhdəlikləri:
- Cash back və Taksit layihələri üzrə partnyorların cəlb olunması.
- Bazar araşdırması aparmaq, potensial partnyorlarla görüşlər təşkil etmək, təqdimatlar keçirmək.
- Kart və partnyor bazarını araşdırmaq, rəqib banklar haqqında məlumat toplamaq.
- Bankın məhsul və xidmətlərini reklam etmək və partnyorlar arasında təbliğatını təmin etmək.
- Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu ölçmək və yeni kampaniyalarla bağlı təkliflər vermək.
- Cash back və Taksit partnyorlarının borclarının monitorinqi.
- Yaranmış borclara uyğun invoice-lərin hazırlanması və təqdim olunması.
- İmzalanmış invoice-lara uyğun elektron qaimələrin göndərilməsi.
- Partnyorların mobil tətbiqə əlavə olunması prosesi.
- Şöbə rəisi və departament rəhbərlərinə hesabatların təqdim edilməsi.
Tələblər:
- Ali təhsil.
- Məqsədlərə çatmaq qabiliyyəti.
- Yüksək kommunikasiya və təqdimetmə bacarığı.
- Müvafiq sahədə iş stajı.
- Yaradıcılıq və təşəbbüskarlıq.
- Azərbaycan dilini səlis, ingilis və/və ya rus dillərini orta səviyyədə bilmək.
- MS Word, Excel, Power Point proqramlarında yüksək bacarıq.
Son müraciət tarixi: Dekabr 11, 2024
Vakanziya növü: Tam ştat
Kateqoriya: Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr
What's Your Reaction?